Nazirliklə institut arasında 600 minlik “mühəndis-müayinə müqaviləsi”
Elm və Təhsil Nazirliyi bir sıra təhsil müəssələrində mühəndis-müayinə işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Valyuta.az xəbər verir ki, tenderin qalibi Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 618 777,93 AZN-dir.
İnsttitu bu məbləğə aşagıdakı işləri görəcək:
Obyektlərlə tanışlıq, müqavilə sənədlərinin tərtibi;
Binaların planda ölçülərinin təyini;
Konstruksiyaların həndəsi ölçülərinin təyini;
Bünövrə konstruksiyasının müayinəsi;
Divar konstruksiyalarının müayinəsi;
Dəmir-beton sütunların müayinəsi;
Dəmir-beton tirlərin müayinəsi;
Mərtəbəarası örtük konstruksiyalarının müayinəsi;
Atmaların müayinəsi;
Bünövrələrin müayinəsi üçün şurfların açılması;
D/beton elementlərin betonunun möhkəmliyinin təyini;
D/beton konstruksiyalarda armatur diametrinin, sinfinin, sayının və beton mühavizə qatının təyini;
Döşəmə konstruksiyasının təyini;
Pilləkən konstruksiyasının müayinəsi;
Alınmış nəticələrin təhlili;
Konstruksiya cizgilərinin işlənilməsi;
Hesabatın işlənilməsi, tərtibi, təkliflərin hazırlanması və təhvili.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay