Tenderlər
25.01.2024 / 17:51
FHN Ağsuda 163 min manata iki 3 otaqlı ev tikəcək
41146
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti Ağsu şəhər sakinləri Rəhimov Əlyəddin və Mirzəliyev Sərkara 3 otaqlı fərdi yaşayış evinin tikintisi ilə bağlı elan etdiyi tenderə yekun vurub.
Valyuta.az xəbər verir ki, tenderin qalibi “Baku Building” MMC olub.
Tikinti işləri dövlət qurumuna 163.645,9 AZN-ə başa gələcək.
“Baku Building” MMC 14 yanvar 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Hüseynov Samir Rafiq oğludur.
Şirkət barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. Samir Hüseynovun isə vaxtilə Xızı Rayon İcra Hakimiyyətində çalışdığı bildirilir. Bu barədə mediada da məlumatlar yer alıb.
Davud
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay