BAKU Azərbaycan
27.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
33093

Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən "Əsaslı Tikinti cə Təchizat" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nazirliyin tabeliyində olan Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində aparılacaq cari təmir işlərinin satın alınması üzrə elan etdiyi tenderə yekun vurub.

Valyuta.az xəbər verir ki, tenderin qalibi “Koneks Construction” MMC olub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 293.260,51 AZN-dir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Koneks Construction” MMC 27 noyabr 2019-cu ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 29-da yerləşən MMC-nin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur. 

MMC müxtəlif dövrlərdə öz qanuni təmsilçisini bir neçə dəfə dəyişib. İlk qanuni təmsilçisi Xurşudov Samir Azad oğlu olsa da, daha sonra təmsilçilik Osmanlı Vahid Cuma oğlu və Fərzəliyev Mehdi Məhəmmədəli oğluna keçib. Açıq mənbələrdə Mehdi Fərzəliyev barəsində hər hansı məlumat yoxdur. 

Şirkət bu il dövlət qurumlarının elan etdiyi ümumi dəyəri 10 milyon manatdan çox olan 12 tenderin qalibi olub. Araşdırmamız zamanı məlum olub ki, yumşaq invertar və xüsusi geyimlər satan şirkət həm də təmir-tikinti işləri də aparırmış. 

Bir müddət öncə mediada gedən məlumatlara görə, şirkətin 904 AZN vergi borcu olmasına baxmayaraq, bir neçə tenderin qalibi olub. “Dövlət Satınalmaları haqqında” qanun isə vergi borcu olan şirkətlərin tenderlərdə iştirakını qadağan edir. Şirkətin hazırda vergi borcu yoxdur. 

Şirkətlə bağlı müəmmalardan biri də onun yaranma tarixi ilə bağlıdır. Açıq mənbələrdə qeyd edilir ki, “Koneks Construction” MMC 2016-cı ildən tikinti sektorunda fəaliyyət göstərir. Lakin yuxarıda qeyd etdiyimiz kimi, Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında şirkətin 2019-cu ildə yarandığı qeyd edilib. 2019-cu ildə yaradılan “Koneks Construction” MMC-nin 3 il əvvəl necə fəaliyyət göstərib? Şirkətin nə veb-səhifəsi, nə də əlaqə nömrələri var. Bu baxımdan, yuxarıdakı sualın cavab tapmaq mümkün olmadı.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Vasif Talıbovun oğlunu o əvəzlədi - FOTO

Bu universitetdə qəbul planı artırıldı

Sabahın hava proqnozu

Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi - 50 tələbəyə təqaüd ayrıldı®

Azərbaycanda peşələr festivalı keçiriləcək - 650 min manatlıq layihə

İlham Əliyev Alparslan Bayraktarı qəbul etdi - FOTOLAR

Azərbaycanda bu mənzillərin qiyməti ucuzlaşıb

"Zeytun" aptekləri dərmanları baha satdığı üçün cərimələndi

"Zeytun" aptekləri dərmanları baha satdığı üçün cərimələndi

Vasif Talıbovun oğlu vitse-prezident vəzifəsindən uzaqlaşdırıldı

Bu ölkələrə köçənlərə pul verilir - DETALLAR

İctimai məkanlarda saxta QR-lar vasitəsilə vətəndaşlar aldadılır

“Embawood” qüsurlu malın geri qaytarılmasından imtina etdi - CƏRİMƏLƏNDİ

"Molokan bağı" yaxınlığında yerləşən obyekt satışa çıxarılıb - QİYMƏT

Karyera xətrinə yazılan ölüm hökmü: İş həyatı karosi xəstəliyinə necə aparır? - Tədqiqat

“Bravo” müştəriləri aldadır - Dövlət Agentliyi cərimələdi

Marina Kulişova və Anar Həsənov “Yelo Bank”dan nə qədər qazanır? - MƏBLƏĞ

Marina Kulişova və Anar Həsənov “Yelo Bank”dan nə qədər qazanır? - MƏBLƏĞ

O, Polşanın yeni prezidenti olacaq

Prezident Bakıda sərgi və forumun açılışında iştirak edir

Dünyanın ən bahalı 10 restoranı

Bankir Elxan Qəribli sığorta şirkətinin rəhbərliyinə təyinat alıb - FOTO

Avro bahalaşıb - Günün məzənnəsi

Lerikdə zəlzələ oldu

"Bitcoin" dəyərlənir - Günün kriptovalyuta göstəriciləri

19 yaşında qurduğu brendi indi 230-dan çox ölkədə satılır - SƏHƏR OXUSU

Ucuz alıb, qəpik-quruşa satırlar: Çin avtomobillərinin ucuzluğunun arxasında nə dayanır?

Qarabağ Universiteti üçün kampus TİKİLƏCƏK

Bugünkü imtahanın nəticələri nə vaxt açıqlanacaq?

Xaricdən gətirilən ətlər aşağı qiymətə satılır - Necə fərqləndirək?

Bu sualda səhvlik olub- Abituriyentlərin xeyrinə hesablanacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin