
Tenderlər
18.09.2023 / 13:10
Dövlət xidməti “Qaçqınkom”un tenderini ləğv etdi
Qaradağ, Xətai, Binəqədi, Ağcabədi, Biləsuvar, Şabran rayonlarında və Şirvan şəhərində salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və mənzillərin təmiri işləri təxirə salınıb.
Valyuta.az xəbər verir ki, səbəb Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin bununla bağlı elan etdiyi tenderin ləğv olunmasıdır.
Tender İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Dövlət Nəzarət Xidmətinin məktubu əsasında ləğv edilib.
Tenderin ləğv olunma səbəbi isə “Dövlət satınalmaları haqqında” Qanunun pozulmasıdır.
Hüseyn
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay