BAKU Azərbaycan
°C
  • 1 USD ABŞ dolları
    0.0000
  • 1 EUR Avro
    0.0000
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0000
  • 1 GBP İngiltərə funt sterlinqi
    0.0000

Salyan Rayon İcra Hakimiyyəti Salyan şəhərində çoxmənzilli kommunal binaların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı elan etdiyi tenderi yekunlaşdırıb. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Xezer Construction” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 508 004,58 AZN-dir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Xezer-Construction” MMC 26 fevral 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Qasım bəy Zakir küçəsi, ev 1130-da yerləşir. MMC-nin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur. 

Şirkətin bundan əvvəlki hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Mətləb Ağayev küçəsi, ev 36, mənzil 1-də yerləşib. Qanuni təmsilçisi isə Abışov İslam Məhəmməd oğlu olub.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. Şirkətin veb-səhifəsi və əlaqə telefonları da yoxdur. 

Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, “Xezer-Construction” MMC əsasən rayon icra hakimiyyətlərinin elan etdiyi tenderlərin qalibi seçilir. Bu tenderlər adətən yol və müxtəlif təyinatlı təmir işləri ilə bağlı olur. Şirkət bundan əvvəl Sumqayıt, Bakı, Abşeron və Lənkəran icra hakimiyyətləri və yaxud onlara tabeli qurumların elan etdiyi iri məbləğli tenderlərinin qalibi seçilib. 
Bu tenderlər üzrə bağlanan müqavilələrin ümumi maliyyə dəyəri 2 060 926, 29 AZN-dir. 

Salyan Rayon İcra Hakimiyyəti bundan əvvəl şəhər küçələrinin əsaslı təmiri və küçələrdə abadlıq işlərinin aparılması ilə bağlı tender keçirib. Hər iki tenderin qalibi “Dirçəliş-14” MMC olub. Şirkətlə iki tender üzrə bağlanan müqavilələrin maliyyə dəyəri 1 696 840, 81 AZN-dir. 

 

Son xəbərlər

Əzmkarlıq nümunəsi - “Harri Potter”in müəllifinin hekayəsi

Şirkətlər heyvanları sığortalamaqdan niyə boyun qaçırırlar?

Məmur oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender

Sosial problemlər, kənar müdaxilələr... - Ailələr niyə dağılır?

Azərbaycanda meyvə-tərəvəz məhsulları niyə brendləşdirilmir?

Azərbaycan Qarabağın erməni sakinləri üçün yanacaq göndərib (FOTO)

Misir Mərdanovun nəvəsinə vəzifə verildi (FOTO)

Misir Mərdanovun nəvəsinə vəzifə verildi (FOTO)

Azıx və Tağlar mağaraları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi

Nazirlər Kabineti büdcə layihələrinin Prezidentə təqdim edilməsi ilə bağlı qərar verdi

Jurnalistə yeni vəzifə verildi

Əsil biznes lanç necə olur?

Təhsil Şöbəsinə yeni müdir təyin edildi

Nazirdən yeni təyinat (FOTO)

"Kirayə tutub, adıma şirkətlər açdılar" - Milyonlarla manat borcu olan sahibkar hansı məmura bağlıdır?

Prezident tapşırıq verdi, Qarabağla bağlı İşçi qrup yaradıldı

Bazar gününün hava proqnozu

Dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət xətti ilə neçə mənzil kirayə verilib?

Azərbaycanda dövlət domen adlarına bənzədilmiş saxta domenlərin sayı açıqlandı

Azərbaycan Cənubi Koreya şirkətlərilə "ağıllı kənd təsərrüfatı" ilə bağlı memorandum imzalayıb (FOTO)

Bütün xəbərlər