BDU-dan 700 minlik şübhəli tender - Müqavilə imzalanan şirkətin qanuni təmsilçisinin adı narkotik cinayətində keçir
Bakı Dövlət Universiteti (BDU) cari ilin iyul ayında “Tikinti-Təmir-Bərpa-Təchizat” QSC ilə satınalma müqaviləsi imzalayıb.
Reportyor.info xəbər verir ki, maliyyə dəyəri 717 332.9 AZN təşkil edən müqavilədə BDU üçün bir sıra mal-materialların və texniki ləvazimatların satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlutlarında göstərilir ki, “Tikinti-Təmir-Bərpa-Təchizat” QSC-nin 18 mart 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2050 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu General Səmədbəy Mehmandarov, ev 98, mənzil 47-də yerləşir. QSC-nin qanuni təmsilçisi Əbilov Elçin İslam oğludur.
“Təmir-Tikinti-Bərpa-Təchizat” QSC şübhəli tenderlərdə istifadə olunan şirkətlərdən hesab edilir. Mediada bu şirkətin qalib olduğu tenderlərin qeyri-şəffaf keçirilməsi barədə iddialara rast gəlinir. Bu iddialar qarşı tərəfdən təkzib olunmayıb.
“Təmir-Tikinti-Təchizat-Bərpa” QSC-nin qanuni təmsilçisi Elçin Əbilova gəlincə, onun adı cinayət işində keçir. Açıq mənbələrdə onun adına Vahid Məhkəmə Portalınada rast gəlinir.
Bəlli olur ki, Şirvan Apellyasiya Məhkəməsi Elçin Əbilov Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə təqsirləndirilən şəxs kimi mühakimə edib. Məhkəmənin nəticəsi barədə açıq mənbələrdə hər hansı bilgi yoxdur. Elçin Əbilovun ittiham olunduğu maddədə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay