BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
24099

Azərbaycan Tibb Universiteti (ATU) “Arash Medical Company” QSC ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 33 184.58 AZN təşkil edən müqavilədə ATU-nun Onkoloji Klinikası üçün reaktivlərin satın alınması nəzərdə tutulur. 

"Arash Medical Company” QSC 22 iyun 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 26-da yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Arash Medical Company” QSC-nin 2011-ci ildə qeydiyyata alındığı göstərilsə də, mediada dərc edilən informasiyalarda şirkətin 1994-cü ildən fəaliyyət göstərdiyi qeyd edilir. QSC-nin veb-səhifəsində isə şirkətin 25 ildir ki, fəaliyyət göstərdiyi bildirilir. Belə anlaşılır ki, “Arash Medical Company” QSC uzun müddət vergidə qeydiyyatda olmayıb. Başqa bir ehtimal isə ondan ibarətdir ki, şirkət 2011-ci ildə təşkilati-hüquqi formasını dəyişib. 

Araşdırmalardan məlum olur ki, “Arash Medical Company” QSC daha çox Səhiyyə Nazirliyinin tenderlərinin qalibi olur. Bu barədə mediada gedən materiallarda QSC ilə nazirliyin işbirliyi barəsində şübhəli məqamların olduğu bildirilir.
 
Şirkətin rəsmi saytında bildirilir ki, "Arash Medical Company” fəaliyyət miqyasına görə Azərbaycanın ən qabaqcıl şirkətlərindən biri olaraq, tibbi avanlıqlar üzrə dünyanın 40-a yaxın aparıcı istehsalçıları ilə sıx əməkdaşlıq edir. Şirkət  ABŞ-ın "Alcon”, "Armstrong Medical”, "Hill-Rom”; Almaniyanın "Hettich”, "Carl Storz”, "Lesiegang”, "Metrax”, "Riester”, "Trilux”, "Weinmann”; C. Koreyanın "Medison”, "Bionet”, İtaliyanın "Cardioline”, "FL Medical”, "Fazzini”, "Rimsa”; İsveçrənin "Belimed”; Türkiyənin "Hitas”, "Nüve”, "Varitex”; Yaponiyanın "Toshiba”, "Olympus”,  "Fuji” və s. istehsalçılarını Azərbaycanda birbaşa təmsilçisidir.

Aydın olur ki, "Arash Medical Company” Azərbaycanın səhiyyə ocaqları ilə sıx əməkdaşlıq şəraitindədir, bir neçə xəstəxana və klnikalarını hər növ tibbi avadanlıqlar və ləvazimatlarla təchizatçısıdır.

Məlumatlara görə, şirkətin sahibi Kamran Məmmədov deyil. İddia edilir ki, QSC əslində Milli Məclisin keçmiş spikeri Oqtay Əsədovun qardaşı oğlu Cavid Əsədova məxsusdur. Məlumat bu günə qədər təkzib olunmayıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Daha 408 sahibkar cərimələndi

Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?

“Bank Respublika”nın faiz gəlirləri artıb, qeyri-faiz gəlirləri azalıb

Naxçıvan FHN “Azərmaş Park”dan 12 ədəd avtomobil alır - Məbləğ

Nazir direktoru vəzifəsindən azad etdi (FOTO)

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

DGK yarım milyonluq qazanxana və istilik sistemi malları alır

Sabah dağlarda 10 dərəcə şaxta olacaq

İlkin Manafov 1 milyon manatı necə itirdi?

İlkin Manafov 1 milyon manatı necə itirdi?

Sabaha olan hava proqnozu

Ödəniş bazarı iştirakçıları gələn ildən auditdən keçməli olacaq

Bu ərazidə axşam saat 10-dan sonra maşın saxlaya bilərsiniz

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib

Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdi

Dünyanın ən çox satılan telefonu bəlli oldu

Azərbaycana xaricdən pul köçürmələri 30% azalıb

Bu fermerlərə əkin subsidiyası veriləcək - Məbləğ

“Azərlizinq” ləğv olunur

Yaşayış evlərinin tikintisinə 1,6 milyard manat investisiya qoyulub

Bu xidmətlər üzrə keşbek tətbiq olunacaq

"Fitch Solutions” Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

Yeni ili qeyd etmək üçün hansı restoranlar sərfəlidir? - QİYMƏTLƏR

Cənubi Koreyada kütləvi tətillər - Prezident üçün istefa tələbi

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Evinin çıxarışı olmayanlara şad xəbər - Bu tarixdən veriləcək

Bu “iPhone”larda vatsap işləməyəcək

Agentlik bu şirkətdən biri 61 min manata 5 ədəd avtomobil alır

Bu ərazilərdə qaz olmayacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin