BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
13013

Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində fəaliyyət göstərən “BakuBus” MMC “İveka” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Maliyyə dəyəri 374 994.86 AZN təşkil edən müqavilədə “BakuBus” MMC-nin balansında olan nəqliyyat vasitələri üçün azqiymətli ehtiyat hissələri və mal-materialların satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “İveka” MMC 17 may 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Suraxanı rayonu,  yaşayış sahəsi D (Yeni Günəşli qəsəbəsi), ev 9, mənzil 31-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xəlilov Fərid Əmrağa oğludur.

Açıq mənbələrdə Fərid Xəlilov və “İveka” MMC barəsində hər hansı bilgi yoxdur.

Araşdırmalarımız zamanı isə bəlli olub ki, “İveka” MMC “BakuBus” MMC-nin sevimli şirkətidir. 2018-ci ildə “BakuBus” MMC   sözügedən şirkətlə  maliyyə dəyəri 449 464.40 AZN olan müqavilə imzalayıb. Müqavilədə  ehtiyat hissələri və mal-materialların satın alınması nəzərdə tutulub. İki il sonra, yəni 2020-ci ildə “BakuBus”la “İveka” arasında 517 010.69 AZN dəyərində müqavilə bağlanıb. Bu müqavilə də azqiymətli ehtiyat hissələrinin və mal-materialların satın alınması ilə bağlı olub.

Maraqlıdır ki, ötən il ehtiyat hissələrinə yarım milyondan artıq pul xərcləyən “BakuBus” bir il sonra yenidən ehtiyat hissələri almağa ehtiyac duyub və dövlət büdcəsindən 374 994.86 AZN “İveka”ya ötürülüb.

Mediada BNA və ona tabeli qurumların tenderləri barədə tənqidi materialların sayı-hesabı yoxdur. Həmin materiallardan aydın olur ki, qurumun keçirdiyi satınalma müsabiqələri qanunsuzluq və maxinasiyalarla müşayiət olunur. //Hit.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər (VİDEO)

Xarici investorların Rusiyaya viza alması asanlaşdırılacaq

"Apple" "iPhone 17 Plus"ı sələflərindən daha kiçik edəcək

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Aİ-nin hələ də Rusiya qazına ehtiyacı var

"Microsoft" "Windows"un pirat istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq etdi

“Coca-Cola” “Coffee Aliance” MMC-ni məhkəməyə verdi

Yapon həkimlər "Google"u məhkəməyə verdi

Xaricdə nə qədər rusiyalı frilanserin çalışdığı məlum oldu

"Araş Estetik" məhkəməyə verildi

Avropa "Türk axını" ilə Rusiyadan rekord həcmdə qaz alıb

"Qala Group" cərimələnir

Çin xarici investisiyaları ölkədə saxlaya bilmir

Keçmiş işçisi “Pepsi” şirkətini məhkəməyə verdi

"Şahdağ Group"a protokol yazıldı

Ursula fon der Leyen AB pullarının ABŞ-a axmasından şikayətləndi

Şirkətlə “Ankara Məktəbi” arasında qalmaqal

"Bakcell"in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşdü (FOTO)

Forbes ən yoxsul 10 rus milyarderinin adını açıqladı

“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib - FƏRMAN

Bakı Türk Liseyinin 2024-cü il buraxılış uğuru

ARDNF-nin dövlət büdcəsinə transfertləri 2 dəfə artıb

MN-nin 9,3 milyonunu mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxundu

Xınalığa dolu düşüb - VİDEO

Gecikdirilmiş 35 min manatdan çox vəsait işçilərə ödənilib - RƏSMİ

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib

Neft Fondunun aktivləri 57 mlrd. dolları ötüb

Şoran torpaqlar əkin üçün yararlı hala salınacaq

MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin