Təhsil
16.03.2021 / 10:36
Respublika fənn olimpiadalarının finalçıları müəyyənləşib
9177
Respublika fənn olimpiadalarının yarımfinal turunun nəticələri bəlli olub.
Təhsil Nazirliyindən Valyuta.az-a verilən xəbərə görə, nəticələrə əsasən, 589 şagird fənn olimpiadalarının final mərhələsində iştirak hüququ qazanıb.
Nəticələrlə www.olimpiada.edu.az saytından tanış olmaq mümkündür.
Finalda iştirak edəcək şagirdlərin 272 nəfəri Bakının, 317 nəfəri isə bölgələrin payına düşür. Şagirdlərin 200 nəfəri qız, 389 nəfəri isə oğlandır.
Qeyd edək ki, Respublika fənn olimpiadaları “Kapital Bank"ın sponsorluğu ilə təşkil edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay