Təhsil
10.03.2021 / 17:55
Dövlət qulluğu vəzifələri üzrə müsahibə davam edir
8846
Ümumilikdə 52 dövlət orqanında 250 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il dekabrın 10-da elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
Valyuta.Az xəbər verir ki, DİM-in martın 10-u saat 16:50-yə olan göstəricilərinə əsasən, müsahibədə 125 nəfər uğur qazanıb. Onlardan 26-sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 15-i Bakı şəhəri Nizami Rayon Məhkəməsində, 13-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Qeyd edək ki, müsahibədə iştirak üçün 2006 nəfər sənəd verib. Müsahibə aprelin 16-da başa çatacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay