Təhsil
09.03.2021 / 17:44
Azərbaycanda “Təhsil-Tələbə Krediti Fondu” yaradılır
8766
2021-ci ildə "Təhsil-Tələbə Krediti” sisteminin yaradılması nəzərdə tutulub.
Valyuta.Az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında bildirilib.
Sənəddə qeyd edilib ki, bu məqsədlə 2021-ci il üçün təsdiq edilən dövlət büdcəsindən 80 milyon manat vəsait nəzərdə tutulub. Sistemin hüquqi təminatı üçün Təhsil Nazirliyi tərəfindən "Təhsil-Tələbə Krediti Fondu”nun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Prezidentinin fərmanının layihəsi hazırlanıb və hazırda razılaşdırılma mərhələsindədir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay