Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə vəzifəsindən ayrılıb.
Valyuta.Az-ın məlumatına görə, bu barədə o, öz "Facebook" səhifəsində məlumat yayıb. Qeyd edib ki, bu gündən Nazirlikdə fəaliyyətini yekunlaşdırır:
"22.02.2021-ci il tarixdən, yəni bu gündən etibarən Təhsil Nazirliyi sistemində və dövlət qulluğundakı fəaliyyətimi yekunlaşdırıram. İşdən ayrılma barədə qərarımı anlayışla qarşıladığı üçün Nazirliyin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Uzun illər birlikdə çalışdığım dəyərli kollektivimizə və təhsil prosesinin bütün iştirakçılarına sağlamlıq və uğur arzu edirəm.
Əslində, uzun müddət idi ki, fəaliyyət sahəmi dəyişməklə bağlı düşünürdüm. Pandemiya dövründə isə ətraflı götür-qoy etmək üçün əla fürsət yaranmışdı. Çox təhlillərdən sonra o qənaətə gəldim ki, artıq Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini və İnsan resursları mərkəzinin müdiri vəzifələrində öz missiyamı başa vurmuşam.
Vəzifə funksiyalarını icra etmək üçün yalnız bilik və səriştə bir məqamdan sonra kifayət etmir. Əməkdaşda enerji və entuziazmın olması da mühüm şərtdir. Mən isə müvafiq sahə üzrə həmin enerjini ötən 8 il ərzində imtahan zallarında, vətəndaş qəbullarında və müxtəlif yoxlamalarda sərf etdim".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay