BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
7350

Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru vəzifəsinə təyinat olub.

Vəzifəyə mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Əməkdar artist Əziz Yaşar oğlu Qarayusifli təyin olunub.

Qeyd edək ki, Ə.Qarayusifli 1968-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini klarnet sinfi üzrə, 1994-cü ildə isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (BMA) Orkestr və kamera ansamblının artisti ixtisası üzrə bitirib.

BMA-nın opera studiyası orkestrinin rəhbəri (1994-1996, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrində orkestr artisti (1996-2016) vəzifələrində çalışıb.

Ə.Qarayusifli son təyinatadək Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru vəzifəsində işləyib. Mərkəzi İncəsənət Məktəbinə rəhbərlik etdiyi müddətdə məktəbdə xoreoqrafiya sənətinə diqqət artırılıb, onun təşəbbüsü ilə məktəbdə “Alov” rəqs qrupu yaradılıb.

Ə.Qarayusifli 2018 və 2019-cu illərdə VII və VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumlarının iştirakçısı və məruzəçisi olub. MDB-nin iştirakçı dövlətlərinin musiqi, mədəniyyət və incəsənət təhsili sahəsində əməkdaşlıq üzrə Baza Təşkilatı statusu verilmiş Qnesinlər adına Rusiya Musiqi Akademiyasının İctimai Şurasının üzvüdür. Bir sıra beynəlxalq müsabiqələrin münsiflər heyətində ölkəmizi təmsil edib.

2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən “Əməkdar artist” fəxri adına layiq görülmüşdür.

1990-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı orkestrın solisti, 2018-ci ildən isə Bakı Musiqi Akademiyasının dosentidir.

Qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyası Azərbaycan Respublikasında xoreoqrafiya sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsi zərurətini nəzərə alaraq, bu sahə üzrə yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında yaradılan və ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən ixtisaslaşmış təhsil müəssisəsidir. Akademiyanın yaradılması ilə regionda, xoreoqrafiya sənəti sahəsində ilk unikal çoxpilləli və fasiləsiz təhsil sisteminin əsası qoyulub. Eyni zamanda fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan dövlət təhsil kompleksi olan BXA yaradılarkən, klassik balet, dünya xalq və Azərbaycan rəqsləri üzrə ali təhsilli kadrlar hazırlanması, Azərbaycanda xoreoqrafiya təhsili sənətinin inkişaf etdirilməsi məsələləri strateji məqsəd kimi akademiyanın qarşısında qoyulub.

Xatırladaq ki, fevralın 3-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Bakı Xoreoqrafiya Akademiyasının rektoru Timuçin İlyas oğlu Əfəndiyev vəzifəsindən azad edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Mərkəzi Bankın valyuta ehtiyatları 3 %-dən çox artıb

"Volkswagen" işçilərindən etiraz tətili - Şirkətə xəbərdarlıq edildi

"Volkswagen" işçilərindən etiraz tətili - Şirkətə xəbərdarlıq edildi

Yeni bələdiyyə sədrinin seçilməsi ilə bağlı qaydalar təsdiqləndi

ABŞ-nin yeni sanksiyaları İranın Çinlə neft ticarətinə mənfi təsir edir - ŞƏRH

Azərbaycanda pul bazası 12 %-dən çox artıb

Nazirlikdə yeni idarə rəisi təyin edildi

Daha bir neçə sahibkar həbs edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin