"Bağçada işləyənlər təsadüfi seçilə bilməz"
17.06.2025 11:33
294

"Bağçada işləyənlər təsadüfi seçilə bilməz"

Samirə Dünyamalıyeva
         Sahibkar, peşəkar idarəçi, “Bağçam uşaq bağçaları” şəbəkəsinin qurucusu

Uşaq bağçasında kimin işlədiyi sadəcə bir “kadr məsələsi” deyil. Bu, bir uşağın ilk sosial təcrübəsi, ilk dostluğu, ilk qayda-qanunla tanışlığı, ilk öyrənmə sevinci və ilk özgüvən toxumudur. Bu mərhələdə qarşısına çıxan insanın — tərbiyəçi, müəllim, dayə və ya psixoloq — bəlkə də o uşağın həyatında uzun illər izi qalacaq bir səsi, bir baxışı, bir davranışı olacaq.

Məhz buna görə də bağçada kadr seçimi mənim üçün rəsmi bir prosedur yox, bir etibar məsələsidir. Hər yeni komanda üzvünə baxanda öz-özümə bir sual verirəm: “Bu insan mənim öz övladımla gündə 8 saat keçirsə, ürəyim rahat olarmı?”

Çünki bizim işimizin məhsulu dərhal görünmür. Bu, tədricən formalaşan bir insan modelidir. İllər sonra qarşımıza çıxacaq: ya ayaqları üstündə dayanan bir şəxsiyyət, ya da özgüvəni qırılmış, görünmədiyini hiss etmiş bir uşaq.

Əlbəttə, heç kim mükəmməl deyil. Amma mən bağçada çalışan insanlarda iki əsas keyfiyyət axtarıram: niyyət və potensial. Texniki biliklər öyrədilir. Amma insanın içində uşaq sevgisi, məsuliyyət və dürüstlük yoxdursa, bunu sonradan “yükləmək” olmur.

Kadr seçimi həm də komandaya mesajdır. Hər yeni insan – ya komandanı böyüdür, ya da zəif yerlərini daha da dərinləşdirir. Mən istəmirəm ki, komanda sadəcə iş yerində “görünən” insanlar toplumu olsun. Mən istəyirəm ki, komandamız uşaqlara toxunan, onların hər gününü dəyərli edən, valideynlərin etibarını daşıyan ürəkli insanlar toplumu olsun.

Çünki biz sadəcə “uşaq baxımı” ilə məşğul olmuruq. Biz gələcəklə işləyirik. Və gələcəyi qurmaq üçün, ilk növbədə, doğru insanları seçmək borcumuzdur.
Bəs necə seçmək olar?

Bu sualı mənə tez-tez verirlər. Söhbətə gələn biri gülümsəyir, uşaqları sevir, danışıq qabiliyyəti də pis deyil. Amma bu kifayətdirmi?

Doğru insanı seçmək üçün mənim özümə qoyduğum bəzi suallar var. Onları sizinlə də bölüşmək istəyirəm:

1. Bu insan, uşaq yox ikən necə davranır?

İnsanların uşaqlarla ünsiyyətdə necə davrandığını yoxlamaq vacibdir, bəli. Amma ondan da önəmlisi: uşaq olmayan yerdə necə davranır? Məsələn, çay gətirənə necə yanaşır? Təsadüfi işçi ilə necə danışır? Özünü sadəcə “müsahibədə yaxşı göstərən” biri, ya həqiqətən münasibətləri sağlam quran biridir?

2. Uşağın gözündən baxa bilir?

Mən qarşımdakının empatiyasını yoxlayıram. Bir hadisə danışıb soruşuram: “Bu uşaq nə hiss edirdi, səncə?” Əgər o bunu görmürsə və ya görmək istəmirsə, o zaman bizim komandada ola bilməz. Çünki bizim işimiz baxmaqla yox, görməklə başlar.

3. Əlindən gəlməyəndə necə davranır?

Heç kim hər şeyi bilmir. Amma mən testdə zəif nəticə çıxan insandan qorxmuram. Ən çox qorxduğum: zəif çıxanda müdafiəyə keçən, günahı başqasına atan insandır. Çünki uşaqla işləyən biri səhvini qəbul etməyi bacarmalıdır. Hər gün səhvini düzəldəcək, hər gün öyrənəcək, böyüyəcək.

4. Hansı niyyətlə gəlib?

Sadəcə işə düzəlmək istəyir, yoxsa bu sahəyə marağı var? Uşağın inkişafına töhfə vermək üçün gələn insanın gözündə işıq olur. Maaş üçün gələnin gözündə isə yorğunluq.

5. Qulaq asmağı bacarırmı?

İşimizdə ən vacib bacarıqlardan biri: dinləməkdir. Həm uşağı, həm valideyni, həm komanda yoldaşını. Dinləmək münasibətin başlanğıcıdır. Əgər biri yalnız özünü göstərməyə fokuslanıbsa, o, bu komandaya uyğun deyil.

Və ən sonda: Qarşıma oturan insanla işləyəndə bağçamın aurası dəyişəcəkmi?

Bu insan komandanın enerjisinə yaxşılıq qatacaqmı? Gələndə otaq yüngülləşəcək, yoxsa ağırlaşacaq? Hiss bəzən rəsmi cavablardan daha çox danışır.

Çünki biz sadəcə işçi yox, uşağın dünyasına daxil olan insan seçirik. Bu dünya zərifdir, kövrəkdir və qiymətlidir. Və onun qapısını hər kəsə açmaq olmaz.

Azərbaycanda qadın sahibkar olmaq - Maneələr və üstünlüklər

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Vəfat etmiş dövlət qulluqçularının vərəsələrinə müavinət veriləcək - VİDEO

05.12.2025

Məzənnə

Yüklənir...