BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
58792

Şəki şəhəri Nizami Gəncəvi adına 7 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Nəzakət Bağırova sertifikasiyanın test imtahan mərhələsindən 60, müsahibə mərhələsindən isə 40 bal toplayaraq maksimum nəticə əldə edib.

 Valyuta.az xəbər verir ki, Nəzakət xanım AzEdu.az-ın suallarını cavablandırıb: 

- Nəzakət xanım, sertifikatlaşdırma imtahanından 100 bal toplayan müəllim olaraq sizi təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirik. İstəyərdik ki, sizi daha yaxından tanıyaq.

- Əvvəlcə xoş sözləriniz üçün təşəkkür edirəm. Mən, orta təhsilimi Şəki şəhər 7 saylı tam orta məktəbdə almışam. Məzun olduqdan sonra 607 balla Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının Riyaziyyat-Fizika müəllimliyi ixtisasına qəbul olunub, ali məktəbi fərqlənmə diplomu ilə bitirmişəm. 2009-cu ildən etibarən təhsil aldığım məktəbdə riyaziyyat müəllimi kimi çalışıram.

- Yüksək balla universitetə qəbul olunmusunuz. Çoxları bu balla bölgələrdə yox, paytaxtda oxumağa üstünlük verir. Maraqlıdır, sizin seçiminiz niyə Şəkidən yana oldu?

- Bu ixtisası mənim üçün atam seçib. Əslində həkim olmaq istəyirdim. Amma peşman deyiləm. Bu gün atama minnətdaram.

Riyaziyyatı çox yaxşı bilirdim. Mənə bu fənni sevdirən Şəfəq müəllimim də indi mənimlə birlikdə işləyir. Bununla çox qürur duyuram.

- Nəzakət xanım, sertifikasiya imtahanında maksimum nəticə göstərəcəyinizə inanırdınız?

- Riyaziyyat müəllimləri üçün sertifikasiya imtahanı təyin olunan gündən etibarən, test imtahanı mərhələsindən 60 bal toplamağı qarşıma məqsəd qoymuşdum. Məncə, hər uğurlu işin arxasında ilk növbədə məqsəd və bu məqsədə çatmaq üçün var gücünlə çalışmaq durur. Mən də var gücümlə  çalışmışam. Düzdür, çətin oldu. Ailə ,iş və sertifikasiya hazırlığı bir arada yorucu idi, amma öhdəsindən gəldim. İxtisası (riyaziyyat) 100% yazacağıma əmin idim, ancaq metodika sualları məni qorxudurdu. Biliklərimi gücləndirmək üçün son 3 ayda Gülər Hüseynovanın hazırlığına qoşuldum. Mən həmin müəllimə borcluyam. Onun sayəsində həddən artıq çox  çalışdım.

Bu il uğur qazanmayıb gələn il imtahan verəcək müəllimlərə tövsiyə edirəm ki, özlərinə inansınlar və məqsədlərinə çatmaq üçün çox çalışsınlar.

- Çox gözəl. Bəs, test imtahanı mərhələsindən topladığınız balı görəndə necə hisslər keçirdiniz? 

- Sertifikasiyanın test mərhələsi bitən kimi balımı gördüm. Çox sevindim. Bu balı toplayacağımı ehtimal etsəm də, əmin deyildim. Amma testlərin hamısını bitirdikdən sonra monitorda görünən 60 bal məni qürurlandırdı. Sevincimin həddi-hüdudu yox idi.

Test mərhələsindən sonra müsahibə mərhələsinə hazırlaşmağa başladım. Budəfəki məqsədim də 40 bal idi.

Mənə görə test mərhələsi müsahibə mərhələsinə görə daha asan oldu. Çünki sualı oxuyub üzərində fikirləşmək, cavab bəndlərini götür-qoy etmək şansı var idi. Amma müsahibə mərhələsi daha həyəcanlıydı. Canlı imtahan, sualların haradan veriləcəyi bilinmir, düşünməyə də zaman yox... O zaman həyəcanı boğmaq lazımdır ki, qarşı tərəfə yansımasın. 

Həmçinin, testdən fərqli olaraq müsahibə mərhələsinin cavablarının gec açıqlanması yorucu oldu. 

- Yüksək bal toplayan müəllim kimi tam səmimi olaraq sualların çətinlik səviyyəsini necə qiymətləndirirsiniz?

- Test mərhələsi çox yaxşı keçdi. Suallar asan idi, hətta 40 dəqiqəyə bitirdim. Sadəcə bitir düyməsini sıxmağa cəsarət etmirdim ki, 60 olmasa özümü qınamayım.

Çox gözəl anlar idi. Hazırlıq, istədiyim nəticə, gözəl uğur... Bu anları yaşamaq istəyən hər kəsə nəsib olsun.

- Uğurunuzun sirrini nədə görürsünüz?

- Mənim ən yaxşı cəhətim həyəcanımı idarə etməyi bacarmağım və özümə güvənməyimdir. Fikrimcə, uğurumun sirri bu iki nüansdır.

- Statistikalar göstərir ki, uşaqların humanitar fənləri qavramağı texniki fənlərə nisbətən daha asandır. Bəs, siz öz fənninizi şagirdlərə necə sevdirirsiniz?

- Bir müəllim kimi həmişə çalışmışam ki, şagirdlərim əvvəlcə məni sevsin. Şagird müəllimi sevərsə, ona hörmət qoyarsa, həmin müəllimin tədris etdiyi fənni də sevər. Bacarsa da, bacarmasa da öyrənməyə çalışar.  Müəllim gərək fennini sevgi ilə öyrətsin, riyaziyyat digər fənlərə görə əlbəttə çətindir. Amma həyatda mümkünsüz az şey var. Mümkün etmək üçün istəmək yetərlidir.

Son olaraq, mənə inanan, dəstək olan, motivasiya verən, uğuruma sevinən əzizlərimə, rəhbərliyimə, müəllimlərimə təşəkkür edirəm. İnsanın ətrafında gözəl insanların olması çox mükəmməl hissdir .

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Mərkəzi Bankın valyuta ehtiyatları 3 %-dən çox artıb

"Volkswagen" işçilərindən etiraz tətili - Şirkətə xəbərdarlıq edildi

"Volkswagen" işçilərindən etiraz tətili - Şirkətə xəbərdarlıq edildi

Yeni bələdiyyə sədrinin seçilməsi ilə bağlı qaydalar təsdiqləndi

ABŞ-nin yeni sanksiyaları İranın Çinlə neft ticarətinə mənfi təsir edir - ŞƏRH

Azərbaycanda pul bazası 12 %-dən çox artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin