Təhsil
29.10.2024 / 14:29
59 direktora xəbərdarlıq, töhmət və şiddətli töhmət verilib
58473
“Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 4 istiqamət üzrə yoxlama meyarları əsasında məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilib”.
Valyuta.az xəbər verir ki, bunu MÜTDA-nın direktoru Eşqi Bağırov oktyabrın 29-da keçirilən brifinqdə deyib.
O bildirib ki, proses 145 müəssisənin 107-ni əhatə edib:
“Müəssisələrdə təlim-tərbiyə prosesinin təşkili vəziyyəti, tədris-pedaqoji sənədlər, kadrlarla işin təşkili, maddi texniki baza və maliyyə-təsərrüfat sənədləri yoxlanılıb. Nəticədə 125 qrup bağlanılıb, 5 müəssisə rəhbəri işdən çıxarılıb, 59 direktora xəbərdarlıq, töhmət, şiddətli töhmət verilib”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay