Təhsil
12.10.2024 / 08:55
Türkiyədən bu ölkələrə “beyin köçü” baş verir - RƏSMİ
57307
Türkiyə Statistika Təşkilatı (TÜİK) tarixində ilk dəfə olaraq Türkiyənin “beyin köçü” ilə bağlı məlumat toplusunu dərc edib.
Sfera.az TÜİK-ə istinadən xəbər verir ki, ali təhsil alanların ən çox üstünlük verdiyi ölkə ABŞ olub. TUİK-in 2021-2023-cü illərə aid olan araşdırmasına əsasən, ali təhsil aldıqdan sonra xaricə gedən Türkiyə vətəndaşlarının 21,4 faizi ABŞ-yə miqrasiya edib.
ABŞ-ni 17,5 faizlə Almaniya, 11,2 faizlə Böyük Britaniya, 6,9 faizlə Hollandiya və 4,9 faizlə Kanada izləyib. Ümumilikdə, Türkiyədə ali təhsil alan vətəndaşların 2 faizinin xaricə üz tutduğu məlum olub. 2015-ci ildə bu göstərici 1 faiz idi.
Xaricə gedən ali təhsilli türklərin 6,8 faizi informasiya kommunikasiya texnologiyaları, 4,4 faizi inşaat mühəndisi olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay