BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
56508

Azərbaycanda 2021-ci ildən etibarən Təhsil Tələbə Krediti Fondu fəaliyyət gösrtərir. Fond sayəsində minlərlə tələbə öz təhsilhaqqını təhsil müddəti ərzində geri ödəmədən qarşılamağa müvəffəq olur. 80 milyon manat nizamnamə kapitalı ilə yaradılan fond hər il 10 mindən çox tələbənin illik təhsil haqqının ödənilməsinə köməklik edir.

Valyuta.az Modern.az-a istinadən Təhsil Tələbə Krediti Fondunun sədri vəzifəsini icra edən İdarə Heyətinin sədr müavini Bəhruz Əzimovla müsahibəni təqdim edir.

- Bəhruz müəllim, ölkədə kredit əldə etmək üçün bir çox banklar mövcuddur. Siz Təhsil Tələbə Krediti Fondu olaraq tələbələrə hansı üstünlükləri təklif edirsiniz?

- Təhsil Tələbə Krediti Fondu Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumdur. Bu qurumun yaranmasında dövlətin heç bir gəlir və mənfəət düşüncəsi yoxdur. Çünki tələbə kreditləri uzunmüddətli və güzəştli şərtlərlə verilən kreditlərdir. Bu, dövlətin vətəndaşa və tələbəyə qayğısıdır. Burada şərtlər çox asan formadadır. İstər kreditə müraciət edilməsi, istərsə də geri ödənilməsi çox asan formada gerçəkləşir. Bu kreditlər bank kreditlərindən olduqca aşağı faizlərlə verilir. Burada vəsaitin bağışlanması halları da var.

- Amma ehtiyacı olan bir çox tələbələr bu krediti əldə etməyə çox da maraqlı deyil. Buna səbəb nədir?

- Məncə artıq bu kreditlər tələbələr arasında kifayət qədər tanınır. Təhsil tələbə krediti gün keçdikcə tələbələr tərəfindən daha çox istifadə edilən vasitəyə çevrilir. Hər semestrdə bunun şahidi oluruq. Təhsil Tələbə Krediti Fondunun yaradılmasından artıq 3 il ötür. Biz 4-cü ildir ki, kreditlərin verilməsini həyata keçiririk. Hər semestrdə dinamika hiss olunur.

- Fond yarandığı gündən indiyə qədər ümumilikdə neçə nəfər bu kreditdən yararlanmaq üçün müraciət edib?

- 2021-2022-ci tədris ilində 6815 kredit ayrılmışdısa, 2022-2023-cü tədris ilində 12500 ətrafında, yəni 100%-ə yaxın artım var idi. Növbəti 2023-2024-cü ildə isə bu say 17 mindən çox artıb ki, bu da 30%-dən çox artım deməkdir.
Biz fond olaraq öz əməkdaşlarımız vasitəsilə bütün respublikada təbliğat və təşviqat işləri həyata keçiririk. Həm ali, həm də orta ixtisas və peşə təhsili müəssisələrində maarifləndirmə işləri aparılır. Eyni zamanda orta məktəblərdə abituriyentlərlə də görüşürük ki, onlar da gələcəkdə kreditdən istifadə şansları olmağından xəbər tutsunlar.

- Tələbələrə ayrılan kreditin həcmi nə qədər nəzərdə tutulur?

- Kreditə müraciət semestrlikdir. Yəni tələbə təhsil ilinin ilk semestrində müraciət edərək kreditin birinci, sonrakı yarısında isə ikinci hissəsini əldə edir. Ümumi müraciət sayı 42 100-dən çoxdur. Bu isə öz növbəsində 25 min civarında tələbə deməkdir. Elə tələbələrimiz var ki, bir neçə dəfə kredit əldə etmək üçün müraciət edir. Bizim əsas məqsədimiz odur ki, tələbə təhsilə başladığı ilk semestrdən son semestrə qədər bu kreditlərdən yararlansın. Bu yolla həm krediti ala bilsin, həm də güzəştlərdən faydalana bilsin. Nəticə etibarilə fondumuzun fəaliyyəti eyni zamanda təhsilin inkişafına stimul verir.

- Tələbə Təhsil Krediti Fondunun maliyyələşməsi necə həyata keçirilir?

- 2021-ci ildə cənab Prezidentin Fərmanı ilə fond yarandığı tarixdə 80 milyon nizamnamə kapitalı ayrıldı. Hər il ayrılan kreditlərin həcminə baxaraq müvafiq təhlillər və qiymətləndirmələr aparılır. Amma istisna deyil ki, biz özümüzə əlavə gəlir mənbələri tapaq. Burada əlavə ianələr ola bilər, bu da nizamnamə ilə tənzimlənir. Amma indiki halda fondun kifayət qədər dövlət tərəfindən ayrılmış vəsaiti var. Bu vəsait kreditlərin verilməsinə kifayət edir.

- Ölkədə 100 mindən çox tələbə təhsil alir. Təhsil Tələbə Krediti Fondu maksimum neçə nəfərə kredit vermə potensialına malikdir?

- Fond fəaliyyətə başlamazdan əvvəl həm beynəlxalq təcrübə öyrənildi, həm də respublika daxilində tələbə sayına baxıldı. TTKF fəaliyyətə başlayanda ölkədə 140 mindən çox tələbə ödənişli əsaslarla təhsil alırdı. Onlardan 20 minə yaxın tələbə imtiyazlı idi, yəni ödənişdən azad edilmişdi. Geridə 126 min tələbə öz vəsaiti hesabına əyani təhsil alırdı. Bizim hesabımıza görə, hər semestr 40-50 min ətrafında tələbə müraciət edə bilər. Fəaliyyətə başlayandan sonra gördük ki, təhlil mənzərəsi o qədər də düzgün deyil. Kəsri olan tələbələr çox olduğu üçün düşünürəm ki, müraciətlər azlıq təşkil edir. Görürük ki, hər semestr 10 min üzərində müraciət, 10 min ətrafında rəsmiləşmə aparılır. Məsələn, əvvəlki semestrdə 8600 rəsmiləşmə olmuşdusa, bu semestr 10 min rəsmiləşmə gözləyirik. Bu da bir o qədər tələbə deməkdir.

- Kimlər tələbə kreditindən yararlana bilər, kimlər bilməz?

- Standart kredit şərtləri tələbənin ümumi orta göstəricisinin 71 baldan yüksək olmasıdır. Eyni zamanda yeni qəbul olunan tələbələrin də giriş balına baxırıq. Bakalavrda bu 250, magistrdə 50, kolleclərdə isə 110 bal olmalıdır. Bundan aşağı nəticəsi olan şəxslər standart kreditə müraciət edə bilmir.

- Bu günə qədər aldığı krediti tamamilə geri ödəyən tələbə varmı?

- Tələbə krediti əldə etdikdən sonra təhsil müddətində ondan geri ödəmə tələb olunmur. Təhsilini bitirəndən   sonra da 2 il güzəşt müddəti verilir və 10 il ərzində geri ödəmə müddəti başlayır. Sadəcə bəzən tələbələr kreditdən faydalanır, sonra hansısa səbəbdən öz istəyi ilə vəsaiti normativ təhsil dövründə ya birbaşa ya da kiçik hissələrlə geri ödəməyə başlayır. Yaxud da faizsiz olması üçün ödənilməli vaxtdan əvvəl geri qaytarır. Amma bizim tələbimiz o deyil. Bundan əlavə də kredit əldə edib təhsil haqqını qarşılayan və sonra əmək bazarında işləyən şəxslər var. Bu tələbələri sistem avtomatik olaraq təyin edir və onların geri ödəmə dövrü başlanıb.

- Təhsil tələbə krediti magistr və doktorantura pilləsində təhsil alanlara da şamil edilirmi?

- Təhsil tələbə kreditinin verilməsi Nazirlər Kabinetinin 226 nömrəli qərarı ilə təsdiqlənmiş “Təhsil tələbə kreditlərinin vəsaitlərinin verilməsi qaydası”na əsasən tənzimlənir. O qaydada göstərilir ki, peşə təhsil pilləsində texniki və yüksək texniki, orta ixtisas təhsil pilləsində orta ixtisas təhsil səviyyəsi, ali ixtisas təhsil pilləsi üzrə isə bakalavr və magistr səviyyələrinə şamil olunur. Kreditlərimiz doktorantura və qiyabi təhsil alan tələbələrə şamil olunmur.

- Kredit verilən şəxs krediti ödəyə bilmədikdə hansı addım atılır? 

- Ödəmə dövrü və kreditin rəsmiləşməsi ilə bağlı proseslər müvəkkil bank tərəfindən həyata keçirilir. Bizimlə əməkdaşlıq edən müvəkkil bankla aramızda baş saziş əsasında sövdələşmə var. Bu sazişdən irəli gələn tələblərə əsasən, onlar kreditin rəsmiləşməsini onlayn qaydada həyata keçirirlər. Eyni zamanda bizim portalda qərar verilsə belə, kreditin geri ödənməsi, qrafikin formalaşdırılması və digər proseslər müvəkkil bankın öhdəliyindədir. Əgər hansısa tələbə ödənişi həyata keçirə bilməsə, bu zaman müəyyən xəbərdarlıqlar olunur, nəticədə də bu sonda məhkəmə qaydası ilə həll olunur. Amma diqqətinizə çatdırım ki, təhsil tələbə kreditinin verildiyi zaman tələbədən heç bir zamin, girov, yaxud müştərək borcalan tələb olunmur. Burada məsuliyyət yalnız tələbənin üzərinə düşür. Valideyn, yaxud qəyyumu məsuliyyət daşımır, yəni gələcəkdə hansısa tutulma,  yaxud əmlakın müsadirəsi kimi hallar baş vermir.

- Kredit sığortalanırmı? Yəni məsələn, kredit verilən vaxt tələbə həyatını itirdikdə krediti kim ödəməlidir?

- Təhsil tələbə krediti çox uzun müddətə verilir və bəzən də çox böyük məbləğləri əhatə edə bilər. Bizdə təhsil haqqı nə qədərdirsə, o qədər kredit ayrılır. Məsələn, hansısa tələbəmizin təhsil haqqı 10 min manat da ola bilər, bu da deməkdir ki, 4 ildə ona 40 min manata qədər kredit ayırmış ola bilərik. Nəticə etibarilə bu böyük vəsaitdir və sığortalanması lazımdır. Müvəkkil bank kreditin rəsmiləşməsini həyata keçirən zaman sığorta müqaviləsi də bağlayır. Bu isə kreditin 2.5%-ni əhatə edir. Yəni 1000 manatlıq kredit alınırsa, 25 manat birdəfəlik sığorta haqqı köçürülür. Bu zaman tələbənin krediti 1025 manat kimi rəsmiləşdirilir. Gələcəkdə də 1025 manatın geri qaytarılmasına məsul olur. Bu sığortalanma onun vəfat etdiyi, yaxud əmək qabiliyyətini itirdiyi hallarda kreditin geri qaytarılması sığorta tərəfindən həyata keçirilir.

- Tələbə krediti vaxtından əvvəl ödəyərsə, hansısa güzəştlər əldə edir?

- Bizim sistem tamamilə elektronlaşmış şəkildə fəaliyyət göstərir. Bütün dövlət qurumları ilə elektron hökumət portalına inteqrasiya olunub. Burada ödəniş dövrü başlamadan sistem məbləğin faiz hesablamasını aparmadığı üçün bu zaman edilən ödənişlər əlavə faiz olmadan edilir. Bu özü tələbə üçün güzəştdir. Loru dildə desək tələbə qonşudan borc alır və onu faizsiz şəkildə geri qaytarır.

- Tələbəyə kredit verildikdən sonra universitetdən xaric edilərsə, hansı addım atılır?

- Qaydalarda qeyd edilib ki, əgər tələbə universitetdən xaric edilərsə, aldığı krediti geri ödəmə dövrü həmin andan başladılır. Həmin gündən faizin hesablanmasına və geri ödəmənin təmin olunmasına başlanılır.

- Gələcəkdə yaşayış mühitinin yaxşılaşdırılması üçün də kredit verilməsi mümkündürmü?

- Bununla bağlı araşdırmalar aparılır, dünya praktikasında da bu var. Sadəcə olaraq bu məsələnin daha geniş çərçivədə təhlil və araşdırılması lazımdır. Daha sonra bunu bizim fonda ümumi rəhbərlik həyata keçirən Himayəçilər şurasının iclasında yüksək rəhbərliklə müzakirə etməliyik. Düşünürəm ki, gələcəkdə belə addımlar atıla bilər. Bu da bildiyimiz kimi böyük maliyyə yükü deməkdir, böyük vəsait lazımdır. Ona görə də hökumət qarşısında bu məsələni qaldırmalı və müzakirə etməliyik.

- Gələcəkdə xaricdə təhsil alan azərbaycanlı tələbələrə də kredit verilməsi ilə bağlı addımlar atıla bilərmi?

- Fondun yaradılmasının məqsədi Azərbaycan Respublikasında təhsil alan, Azərbaycan Respublikası vətəndaşı olan tələbələrə kreditin ayrılmasıdır. Xaricdə təhsillə bağlı isə Elm və Təhsil Nazirliyinin dövlət proqramı var. Həmin layihənin işi xaricdə təhsili maliyyələşdirməkdir. Bizim mandatımız isə respublika daxilində fəaliyyət göstərməkdir. Xaricdə təhsil də bir dövlət siyasəti, insan resursuna kapital qoyuluşudur. Hansı ki gələcəkdə əmək bazarımızda hansı istiqamətlərdə çatışmazlıq varsa, daha çox yetişmiş kadra ehtiyac varsa, bu proqram o istiqamətdə işlər aparır. Bu ilin qəbulunda say müəyyən qədər artırıldı, hətta gələn ildən doktorantların da xaricdə təhsil alması üçün imkanlar yaradılacaq.

- Kredit üçün ən çox müraciət edən tələbələr hansı təhsil səviyyəsində təhsilalanlardır?

- Ən çox müraciət ali təhsil səviyyəsində əvvəlcə bakalavr, ardınca isə magistr təhsili alan tələbələr tərəfindən edilir. Burada bakalavrların xüsusi çəkisi də rol oynayır. Bakalavr pilləsi üzrə ödənişli əsaslarla təhsil alan tələbələrin sayı daha çoxdur. Sonra sıra ilə magistratura, orta ixtisas və peşə təhsili gəlir. Layihəyə başladığımız zaman kredit yalnız yüksək peşə təhsilinə şamil olunurdu. Sonra isə texniki peşə təhsili səviyyəsini də buraya əlavə etdik. Bu pillədəm təhsilhaqqının az olması, tələbələrin daha aşağı yaşlı olması səbəbilə onlar kreditdən çox istifadə etmir. Amma bakalvr və magistr səviyyəsində maraq böyükdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Mərkəzi Bankın valyuta ehtiyatları 3 %-dən çox artıb

"Volkswagen" işçilərindən etiraz tətili - Şirkətə xəbərdarlıq edildi

"Volkswagen" işçilərindən etiraz tətili - Şirkətə xəbərdarlıq edildi

Yeni bələdiyyə sədrinin seçilməsi ilə bağlı qaydalar təsdiqləndi

ABŞ-nin yeni sanksiyaları İranın Çinlə neft ticarətinə mənfi təsir edir - ŞƏRH

Azərbaycanda pul bazası 12 %-dən çox artıb

Nazirlikdə yeni idarə rəisi təyin edildi

Daha bir neçə sahibkar həbs edildi

Azərbaycanda nəqliyyat sektorunda işləyənlər nə qədər maaş alır? - Cədvəl

Azərbaycanda nəqliyyat sektorunda işləyənlər nə qədər maaş alır? - Cədvəl

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin