6 məktəb direktoru işdən çıxarıldı - SƏBƏB
Naxçıvanda 6 məktəbin direktoru işdən çıxarılıb.
Valyuta.az-ın məlumatına görə, Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə deputat seçilən məktəb direktorları vəzifəsindən azad edilib.
Vəzifəsindən azad edilən şəxslər Naxçıvan Ali Məclisinə seçkilərdə deputat seçilən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin direktoru Əli Abbasov, Şərur rayon Çomaxtur kənd tam orta məktəbinin direktoru Pərvin Nəcəfsoy, Şərur rayon Arbatan kənd tam orta məktəbinin direktoru Aynur Babayeva, Şərur şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sevil Hacıyeva, Kəngərli rayon Xıncab kənd tam orta məktəbinin direktoru Xəzəngül Orucova, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbinin direktoru Gülxarə Tarverdiyevadır.
Məlumatı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən təsdiqləyiblər.
Qurumdan bildirilib ki, 20 sentyabr 2024-cü il tarixindən deputat seçilən məktəb direktorları ərizələri ilə vəzifələrindən azad olunublar.
© Modern.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay