Yeni tədris ilində 29 yeni məktəb istifadəyə verilib
Bu il ilk dəfə işğaldan azad olunmuş digər ərazilərimizdə Bilik Günü qeyd olunur. Ölkəmizdə 133 mindən artıq şagird birinci sinfə gedir.
Bunu elm və təhsil nazirinin müavini İdris İsayev 53 nömrəli tam orta məktəbdə keçirilən Bilik Günü tədbirində deyib.
O bildirib ki, ilk dəfə Şuşa, Xocalı, Xankəndi şəhərlərində, Laçının Sus kənd orta məktəbində ilk zəng çalınır:
“Yeni tədris ilində işğaldan azad olunan ərazilərdəki məktəblərdə 1410 şagird təhsil alır. Onlardan 149-u birinci sinfə gedir”.
Nazir müavini bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi, Elm və Təhsil Nazirliyinin xətti ilə məktəblərin 80 faizi yenilənib:
“Yeni tədris ilində 29 yeni məktəb istifadəyə verilib. Ümumilikdə 83 məktəbin tikintisi davam edir, 37 məktəbin layihələndirilməsi həyata keçirilib, 670-dən artıq məktəb təmir edilib”.//Trend
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay