BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
55522

Tədris ilinin başlanmasına sayılı günlər qalıb. Bu il on minlərlə tələbə ilk dəfə ali məktəblə tanış olacaqlar. Ali təhsil müəssisələri ilə bağlı əsas məsələlərdən biri də nizam-intizam qaydalarıdır ki, hər bir tələbə buna mütləq şəkildə əməl etməlidir.

Bütün ali təhsil müəssisələrinin ümumi qaydalar xaricində özünün də daxili nizam-intizam qaydaları mövcuddur.

Modern.az mövzu ilə bağlı ali təhsil müəssisələri arasında sorğu keçirib.

Bakı Slavyan Universitetindən bildirilib ki, BSU-da mövcud olan daxili nizam-intizam qaydaları təhsil alan və təhsil verən şəxslərin etik davranış normalarını, hüquq və vəzifələrini müəyyən edən əsas sənəddir:

“Qaydalar, universitet daxilində nizam-intizamın qorunmasını, tədris prosesində sağlam və işgüzar mühitin formalaşmasını hədəfləyir. Eyni zamanda, universitetdə baş verə biləcək neqativ halların qarşısını almaq və tələbə kontingentinin mənəvi keyfiyyətlərini yüksəltmək məqsədi daşıyır.

Bu qaydalara əsasən, bütün təhsilalanlar qanunun aliliyi, bərabərlik, ədalət, humanizm və mədəni davranış prinsiplərinə əməl etməlidirlər. Eyni zamanda, nizam-intizam qaydalarını pozan təhsilalanlara xəbərdarlıqdan tutmuş universitetdən kənarlaşdırmaya qədər müxtəlif intizam tədbirləri tətbiq edilə bilər”.

Azərbaycan Dillər Universitetindən verilən məlumata görə, Universitet daxili, ümumi və qəbul olunmuş qaydalara əsaslanır.

Xəzər Universitetindən bildirilib ki, ali təhsil müəssisəsinin 397 səhifəlik daxili nizam-intizam qaydaları var: “İstər əməkdaşlar, istərsə də tələbələr həmin qayda və qanunlara əməl etməlidirlər”.

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetindən qeyd edilib ki, AZMİU-da da daxili nizam-intizam qaydaları digər ali təhsil müəssisələrində olduğu kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur:

“Azərbaycan Memarlıq və İnşaat Universitetinin daxili nizam-intizam qaydaları da var. Bu qaydalar daha yaxşı tədris prosesinin təşkil olunması, rəqabətə davamlı tədris mühitinin yaradılması və tələbələrə yüksək şəkildə təhsilin verilməsi, onların vətənpərvər sivil olaraq cəmiyyətə hazırlanmasına xidmət edir. Daxili nizam-intizam qaydalarımıza misal olara deyə bilərik ki, auditoriyada yüksək səslə danışaraq dərs prosesini pozulmasına imkan verilmir. Universitet ərazisində spirtli içkilərdən və tütün məhsullarından istifadə, universitet invertarına zərər verilməsi qadağan edilir. Ali təhsil müəssisəsində daxili hörmətə əsaslanan etik davranışlar göstərilməlidir. Bütün bu qaydalar daha yaxşı təhsil mühitinin yaradılmasına xidmət edir”.

Azərbaycan Universitetindən verilən məlumata görə, universitetdə təhsil alan hər bir tələbə bəzi qaydalara riayət etməlidir:

“Tələbələr Universitetin Nizamnaməsinə, əsasnamələrinə, rektorun əmr və sərəncamlarına, Elmi Şuranın qərarlarına və digər qaydalara riayət etməli, universitetin əmlakını qorumalı, üzləşdiyi pozuntular haqqında Universitetin məsul işçilərinə məlumat verməlidir. Tələbə adına yaraşmayan və qadağan edilmiş hərəkətlərə yol verməməli, Universitetdə səliqə-səhmanın yaradılmasına və qorunmasına dəstək verməli, dərs prosesinin normal gedişinə mane olan hərəkətlər etməməli, tələbə yoldaşlarına, Universitet əməkdaşlarına qarşı diqqətli olmalı, hörmət etməlidir. Universitetin nüfuzuna, mənəvi dəyərlərinə zidd hərəkətlər edilməməli, milli dəyərlərə hörmət edilməli, qorunmalıdır.

Azərbaycan Dövlət İqtisad Universitetindən isə bildirilib, UNEC-in Təhsilalanların Universitetdaxili İntizam Qaydaları” mövcuddur:

“Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil Haqqında” Qanununa, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarına”, “Təhsil prosesi iştirakçılarının etik standartlar modeli”nə və digər qanunvericilik aktlarına uyğun hazırlanıb. Qaydalar bərabərlik, ədalətlilik və humanizm prinsiplərinə əsaslanır və əsas məqsədi təhsilalanlar arasında təlim-tədris intizamını möhkəmləndirmək və onlarda tədris prosesinə şüurlu yanaşmanı formalaşdırmaqdır”.

Qeyd edilib ki, qaydalar UNEC-ə qəbul olan bütün tələbələrin şəxsinelektron kabinetinə göndərilir.

Azərbaycan Texniki Universitetindən bildirilib ki, tədris prosesinin yaxşılaşdırılması üçün tələbələr üçün bir sıra qadağalar mövcuddur:

Mühazirə, məşğələ və laboratoriya dərslərində müəllimin dərsi aparmasına mane olmaq, dərs saatlarında üzürsüz səbəbdən dərslərdən yayınmaq, auditoriya, dəhliz və həyətdə səs-küy salmaq, dərs saatlarında mobil telefonlardan, musiqi pleyerlərindən və digər dərsə aidiyyəti olmayan cihazlardan istifadə etmək (Dərs başlayan kimi bütün mobil telefonlar söndürülməlidir), tədris binalarının, auditoriyaların, dəhlizlərin divarlarında yazı yazmaq, rəsm çəkmək, əmlakı korlamaq, hər hansı elan, reklam, informasiya və s. xarakterli vərəqələr yerləşdirmək ,universitetin bütün tədris binalarında və ərazisində tütün məmulatlarından (həmçinin elektron siqaretlərdən) istifadə etmək” bu qadağalara daxildir.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Mərkəzi Bankın valyuta ehtiyatları 3 %-dən çox artıb

"Volkswagen" işçilərindən etiraz tətili - Şirkətə xəbərdarlıq edildi

"Volkswagen" işçilərindən etiraz tətili - Şirkətə xəbərdarlıq edildi

Yeni bələdiyyə sədrinin seçilməsi ilə bağlı qaydalar təsdiqləndi

ABŞ-nin yeni sanksiyaları İranın Çinlə neft ticarətinə mənfi təsir edir - ŞƏRH

Azərbaycanda pul bazası 12 %-dən çox artıb

Nazirlikdə yeni idarə rəisi təyin edildi

Daha bir neçə sahibkar həbs edildi

Azərbaycanda nəqliyyat sektorunda işləyənlər nə qədər maaş alır? - Cədvəl

Azərbaycanda nəqliyyat sektorunda işləyənlər nə qədər maaş alır? - Cədvəl

Lizinq şirkəti "Azərbaycan Sənaye Sığorta"nı məhkəməyə verdi

Manatın dövretmə sürəti azaldı - RƏSMİ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin