Təhsil
01.07.2024 / 12:26
Emin Əmrullayev: Növbəti tədris ilindən ibtidai sinf müəllimləri 20 faiz yenilənəcək
50870
Bir neçə il öncə təhsil sahəsində aparılan islahatların nəticələrini artıq buraxılış imtahanlarının nəticələrində görürük.
Valyuta.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Tədqiqat, təcrübə və siyasət vasitəsilə təhsildə ayrı-seçkiliyin aradan qaldırılması” şüarı altında keçirilən VII ADA 2024 Beynəlxalq Təhsil Konfransı zamanı deyib.
"Bizim təhsilimizin əsas problemləri ibtidai sinifdən başlayır. İbtidai təhsillə bağlı ən böyük məsələ orada keyfiyyətin artırılmasıdır. İbtidai sinf müəllimlərinin sertifikasiyası mərhələsi artıq başa çatıb. Növbəti tədris ilində biz 20 faiz müəllimi yeniləyəcəyik" - nazir qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay