BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
50708

Son zamanlar ingilis dili kurslarının elanları ilə tez-tez rastlaşırıq. “3 aya səlis danışıq öyrədirik”, “5 aya yüksək nəticə ilə sertifikat əldə et” tipli şirnikləndirici cümlələrlə özlərini reklam edirlər. 

Bəs 3 və ya 5 ay ərzində bir dili mükəmməl öyrənmək olarmı?

Mövzu ilə bağlı Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, hal-hazırda Azərbaycanda 700-dən çox hazırlıq kursu fəaliyyət göstərir: 

“Dillə bağlı fəaliyyət göstərən mərkəzlər də kifayət qədərdir. Orta məktəblərin tədris proqramında 1-ci sinifdən 11-ci siniflərə qədər xarici dilin tədrisi nəzərdə tutulub. Ümum təhsil məktəblərində xarici dilin öyrədilməsində keyfiyyət qədər problem var. Bu da insanların alternativ dil mərkəzlərinə getməsinə səbəb olur. Orta məktəblərdə kurikulumun məzmun standartlarına əsasən, şagirdlərdə “speaking”, “listening”, “reading” kimi bacarıqlar yoxlanılmalıdır. Qəbul və buraxılış imtahanlarının nəticələrinə nəzər saldıqda bu sahədə problemlər olduğunu görürük”.  

Ekspert qeyd edib ki, şagirdlərin yazı və dinləmə tipli tapşırıqlara verdikləri cavablar orta təhsil müəssisələrində xarici dilin tədrisi ilə bağlı boşluq olduğunu göstərir:  

“Bu zaman alternativ olaraq əlavə xidmət göstərən mərkəzlərə ehtiyac duyulur. 3 ay kimi qısa müddətdə hər hansı bir xarici dilin akademik səviyyədə öyrədilməsi mümkün deyil. Həmin kurslar tələbələrə bu müddət ərzində ən çox işlək olan sözləri və cümlələri əzbərlədir. Bununla da tələbələrə dili öyrətdiklərini inandırmaq istəyirlər. Heç kim bir dili 3 ay ərzində mükəmməl bir şəkildə öyrənə bilməz. Dünyada da belə bir təcrübə yoxdur. 3 ay ərzində sadəcə müəyyən sözləri və cümlələri mənimsəmək olur”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?

“Bank Respublika”nın faiz gəlirləri artıb, qeyri-faiz gəlirləri azalıb

Naxçıvan FHN “Azərmaş Park”dan 12 ədəd avtomobil alır - Məbləğ

Nazir direktoru vəzifəsindən azad etdi (FOTO)

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

DGK yarım milyonluq qazanxana və istilik sistemi malları alır

Sabah dağlarda 10 dərəcə şaxta olacaq

İlkin Manafov 1 milyon manatı necə itirdi?

İlkin Manafov 1 milyon manatı necə itirdi?

Sabaha olan hava proqnozu

Ödəniş bazarı iştirakçıları gələn ildən auditdən keçməli olacaq

Bu ərazidə axşam saat 10-dan sonra maşın saxlaya bilərsiniz

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib

Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdi

Dünyanın ən çox satılan telefonu bəlli oldu

Azərbaycana xaricdən pul köçürmələri 30% azalıb

Bu fermerlərə əkin subsidiyası veriləcək - Məbləğ

“Azərlizinq” ləğv olunur

Yaşayış evlərinin tikintisinə 1,6 milyard manat investisiya qoyulub

Bu xidmətlər üzrə keşbek tətbiq olunacaq

"Fitch Solutions” Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

Yeni ili qeyd etmək üçün hansı restoranlar sərfəlidir? - QİYMƏTLƏR

Cənubi Koreyada kütləvi tətillər - Prezident üçün istefa tələbi

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Evinin çıxarışı olmayanlara şad xəbər - Bu tarixdən veriləcək

Bu “iPhone”larda vatsap işləməyəcək

Agentlik bu şirkətdən biri 61 min manata 5 ədəd avtomobil alır

Bu ərazilərdə qaz olmayacaq

Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin