BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.77
  • RUB
    1.7128
  • TRY
    0.0477
  • GBP
    2.0945
50334

İyunun 20-nə (saat 11:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 31 225 uşaq üçün elektron sistem (//mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən xəbərə görə, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 5 302 müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 2 033-ü alternativ qeydiyyat mərkəzlərində, 107-si onlayn alternativ qeydiyyat mərkəzlərində (“WhatsApp”müraciətləri), 2 306-sı sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb və valideynlərə müvafiq dəstək göstərilib. 856 valideyn isə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edib.

Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat sentyabrın 13-nə qədər davam edəcək. www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə (//baku.edu.gov.az/az/page/276), eləcə də 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edə bilərlər.

Vətəndaşlara alternativ qeydiyyat mərkəzlərində həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər xidmət göstərilir. Valideyn alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.

Qeyd edək ki, sistemdə elektron qeydiyyatdan keçə bilməyən valideynlərə “WhatsApp” vasitəsilə (070-996-76-63, 070-996-36-62, 070-996-46-68) müraciətlərinin cavablandırılması üçün müvafiq işçi qrupları tərəfindən də zəruri köməklik göstərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB

Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı

Keçmiş məcburi köçkünlərin statusunda dəyişiklik ediləcək?

Ötən il əsas kapitala nə qədər investisiya yatırılıb?

Trampın qonşuluğundakı malikanənin qiyməti açıqlandı - Foto

Əmək müqavilələrinin sayı 1 mln. 873 minə çatıb

Yanacağa qənaət etməyin 10 SADƏ YOLU

Karyerasına başladığı klubu aldı

Azərbaycanın BMT-dəki nümayəndəsi Nyu-Yorkda regionun investisiya imkanlarından danışıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xarakterimizə uyğun işi necə seçək? - SƏHƏR OXUSU

Dünyanın kənarında işləmək: Antarktidada aşpaz və elektrik işçiləri axtarılır

Trampın sərəncamı - Kripto dünyasına verilən vədlər

"Ford"un 270 mindən çox avtomobilində problem aşkarlandı

DOST Agentliyi 25 min manatlıq nahar yeməyi alır

"Google"dan "OpenAI"in rəqibinə 1 milyard dollar investisiya

Evi 20 milyona satışa çıxarıldı

Çini tərk edən ABŞ şirkətlərinin sayı rekord həddə çatır

"SORTA" MMC-ə inzibati xəta protokolu tərtib olunub

“Pera Tekstil” məhkəmə qarşısında

X sosial şəbəkəsi yüz milyonlarla dollar cərimələnəcək

“Tender kralı” məhkəmə qarşısında

Xaricə neft bitumu satışından gəlirlərimiz 2 dəfədən çox azalıb

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

"TİHO İNŞAAT" MMC cərimələnir

AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiqlənib

Mərkəzi Bank “VMF”-i cərimələdi

Şirkət rəhbəri məhkəmədə həbs edildi

Kredit faizlərinin artımı kreditləşməyə necə təsir göstərib?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin