BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7815
  • RUB
    1.6346
  • TRY
    0.0491
  • GBP
    2.134
48085

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vurmuş şəxslərin müvafiq müstəqil ekspert sertifikatı növü üzrə test imtahanına qeydiyyatı başlanıb.

Bu barədə  Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, qeydiyyat mayın 14-dən iyunun 8-i saat 10:00-dək davam edəcək. İmtahan iyunun 23-də DİM-in Binəqədi rayonu Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələrinin kəsişməsində (TÜRKPA-nın yanı) yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.

İmtahan vermək istəyənlər DİM-in internet saytında (//ekabinet.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı, “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Aqrar sığorta fəaliyyəti üzrə sertifikat imtahanında iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan 94.40 AZN (ƏDV daxil olmaqla) məbləğində pul vəsaitini əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

İmtahan Aqrar Sığorta Fondu tərəfindən təşkil olunmuş təlim proqramına dair açıq və qapalı tipli test tapşırıqlarını əhatə edir. Toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 36 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər və onlara aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatının müvafiq növü verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hikmət Məmmədov vəzifəsindən azad edildi

Azərabycan bankları son bir ayda 23 milyon manat mənfəət vergisi ödəyib - Rəqəmlərdə azalma

Rusiya rublu ucuzlaşdı - Məzənnə

Rusiya şirkətlərinin mənfəəti iki ilin minimumuna düşüb

Nazirlik bu iş adamından 20 ədəd ev alır - Məbləğ

ABŞ antitrest qurumu "Microsoft"-a qarşı genişmiqyaslı araşdırma başlatdı - "Blomberg"

Startapların beynəlxalq bazarlara çıxa bilməməsinin səbəbləri - SƏHƏR OXUSU

Startapların beynəlxalq bazarlara çıxa bilməməsinin səbəbləri - SƏHƏR OXUSU

"BUTAMED MEDİKAL" məhkəmə qarşısında

Vaxtı ölçmək üçün yeni üsul tapıldı - Başlanğıc nöqtəsi tələb etmir

Valyuta tənzimi qaydalarını pozan şirkət cərimələndi

Elm və Təhsil Nazirliyi 10 milyona yanğından mühafizə sistemi quraşdırır

"İçərişəhər" Muzey Mərkəzi 8000 manat cərimələnə bilər

BMW 2000-ci illərin simvolik idman avtomobilini yenidən istehsal etdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

"Xiaomi" öz prosessorunu buraxacaq - Yeni ildən yeni smartfonlar

"HP" və "Dell"in maliyyə hesabatları gözləntiləri doğrultmadı

"CHINA CAR"a protokol yazıldı

"Volkswagen" Çindəki zavodunu satışa çıxarır

Avropa müharibə başlayandan ən soyuq qışı yaşayır - Böhran gözlənilir

Qəhvə birjasında qiymətlər son 50 ilin maksimumuna çatıb

Xatirə kitabı Merkelə milyonlarla avro qazandıracaq

MTK ilə icra hakimiyyəti arasında nə baş verib?

Amerika hava yolları əlavə xidmətlərdən milyardlar qazanır

Xaricdən mebel alışında 26 milyon dollarlıq artım - Rəqəmlər

"Yelo Bank"ın əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə

Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır

Nigahla bağlı tibbi müayinə üçün 430 min manatlıq reaktiv alınacaq

Məşhur estetik mərkəz cərimələnə bilər

Trampın kriptovalyuta tənzimləməsi ilə bağlı DETALLAR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin