
27.09.2023 / 16:03
Nazirdən yeni təyinat
33404
Təhsil İnstitutuna yeni direktor təyin edilib.
Valyuta.az xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, direktor vəzifəsinə Elnur Əliyev təyin edilib. O, bu təyinata qədər Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, Təhsil İnstitutunun bundan əvvəlki direktoru Rüfət Eyvaz oğlu Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay