BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
32756

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Havar Məmmədovu Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsindən azad edib. Onun yerinə Yaqub Maksim oğlu Piriyev təyin olunub.

Valyuta.az xəbər verir ki, Yaqub Piriyev Elm və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri olub. O bi müddət nazirlikdə Aparat rəhbərinin müavini vəzifəsini icra edib.

Prezidentin digər sərəncamı ilə Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Onun yerinə Rüfət Eyvaz oğlu Əzizov təyin olunub.

Rüfət Əzizov bu təyinatadək Təhsil İnstitutunun direktoru vəzifəsini icra edib.

O, 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadası qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya Fakültəsinə imtahansız olaraq qəbul olmuş və 2003-cü ildə məzun olub. Həmin universitetdə aspirantura təhsilinə davam edərək, 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir və Kimya Elmləri Namizədi (PhD) elmi dərəcəsini alıb. 2008-ci ildə peşəkar inkişaf proqramını bitirərək, London Materiallar İnstitutunun peşəkar üzvülüyünə qəbul olub. (Chartered Scientist). 2014-2016-cı illərdə ADA/Maastricht Universitetlərinin birgə MBA proqramını və 2018-2020 illərdə isə Oxford Universitetinin (Said Business School) ali biznes idarəçiliyi, Executive MBA proqramını bitirib.

Rüfət Əzizovun iş təcrübəsi biotexnologiya, kimyəvi kataliz, pedaqoqika, neft-qaz sənayesi, metal istehsalı, sənaye layihələrinin idarə olunması, təhsil və istehsal bizneslərini əhatə edir. 2 il (2003-2005) Lomonosov adına MDU-da elmi-işçı vəzifəsində çalışaraq, biokorroziya üzrə araşdırma və inkişaf proqramlarında iştirak edib. 8 il (2005 – 2012) BP şirkətində mühəndis kimi beynəlxalq neft-qaz layihələrində təcrübə qazanmış, material/korroziya mühəndisliyi və texnoloji bütövlüyün idarə olunması meneceri vəzifələrində çalışıb. 2008, 2010 və 2011-ci illərdə müxtəlif nominasiyalar üzrə “BP-də İlin Mühəndisi” Mükafatına layiq görülüb.

2012-ci ildən metal istehsalı sahəsində fəaliyyət göstərən Unimetal – Prometal şirkətlər qrupunun icraçı direktoru kimi metal sənayesi layihələrini, istehsal əməliyyatlarını və strateji inkişaf proqramlarını idarə edib. Oxford Universitetinin İnnovasiyalar mərkəzində elmi nəticələrin kommersiyalaşdırılması proqramında ekspert kimi fəaliyyət göstərir. Ailəlidir. 2 övladı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Çində çat-botlar vacib imtahanlar zamanı məktəblilərə kömək etməyi dayandırdı

Çində çat-botlar vacib imtahanlar zamanı məktəblilərə kömək etməyi dayandırdı

17 yaşında dünyanın ən bahalı futbolçusu oldu

Xanım direktor təqaüdə göndərildi - Yerinə polkovnik təyin edildi (FOTO)

19 yaşında qurduğu brendi indi 230-dan çox ölkədə satılır

Bu ölkədən gənəgərçək yağını 6 min manata alırıq

"Amazon"un baş direktoru gənclərin 20 yaşlarında yol verdiyi əsas səhvi açıqladı

Dahilərdən pul haqqında 10 sitat

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

126 minlik dələduzluqda təqsirləndirilən həkimlərə HÖKM OXUNDU

Bu ölkə Azərbaycana 20 manatdan noxud satıb

Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar (SİYAHI)

Rəqabətli əmək bazarında şəxsi brendə sahib olmaq niyə vacibdir?

Bu şəxslərə ildə 1440 manat verilir –Bir şərtlə

Sabah hava necə olacaq?

Azərbaycana zərərli makaronlar gətirilib?- Rəsmi açıqlama

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

Böyük Britaniya tədqiqat və inkişaf üçün 116 milyard dollar ayıracaq

"Meta" bu şirkətə milyardlarla dollar investisiya yatırmağı planlaşdırır

Azərbaycanda Rusiya istehsalı olan avtomobillərə maraq necədir?

Dünyanın ən iri sərnişin təyyarəsi Bakıya məcburi eniş etdi

"Bitcoin" 106 min dollara yaxınlaşır

Müdirinizin sizi işdən çıxarmaq istədiyini göstərən 8 əlamət - SƏHƏR OXUSU

Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur

Azərbaycanda alim olmaq istəyənlər ən çox bu sahələri seçirlər - TAM SİYAHI

Fond 4 ədəd avtomobil alır - 152 min manat ayrılıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Tikinti materialları bazarında qiymətlər - Vəziyyət necədir?

Dələduzların göndərdiyi mesajlar: Hər kəsin yadda saxlamalı olduğu xəbərdarlıq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin