BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
10565

"Dövlət İmtahan Mərkəzinin yarandığı 2016-cı ildən indiyə qədər keçirdiyi müxtəlif təyinatlı imtahanlarda 2 milyon 936 min 294 nəfər iştirak edib".

DİM-dən Valyuta.az-a verilən məlumata görə, bu barədə qurum rəhbəri Məleykə Abbaszadə yazdığı məqaləsində bildirib.

Onun sözlərinə görə, DİM-in ötən 5 il ərzində təqdim etdiyi elektron xidmət layihələrindən 35 milyon 962 min 868 dəfə istifadə olunub: 

“Bunlar dövlət qurumlarının icraatında olan elektron xidmət layihələri arasında ən çox istifadə olunan layihələr kimi qiymətləndirilir. Bu illər ərzində informasiya-kommunikasiya texnologiyalarının kütləvi proseslərə tətbiqi ilə əlaqədar bir sıra yeni xidmətlər yaradılıb”.

DİM rəhbəri qeyd edib ki, bu günə qədər şəxsi kabineti olan istifadəçi sayı 596 min 330, kabinetə daxilolma sayı isə 6 milyon 894 min 601-dir.

M.Abbaszadə vurğulayıb ki, 2017-ci ildən başlayaraq ümumi orta təhsil (9 illik) səviyyəsi üzrə buraxılış imtahanının, 2019-cu ildən başlayaraq isə tam orta təhsil (11 illik) səviyyəsi üzrə buraxılış imtahanının və ali təhsil müəssisələrinə tələbə qəbulu imtahanlarının yeni modelə əsasən həyata keçirilməsi ilə əlaqədar bu imtahanlarda müxtəlif fənlər üzrə yazı işi tapşırıqlarından (sərbəst və situasiya tipli) istifadə edilməyə başlanılıb. 

Qurum sədri əlavə edib ki, imtahanlarda şagirdlərin bu tipli tapşırıqlar üzrə yerinə yetirdikləri yazı işlərinin yoxlanılması üçün DİM-də yeni sistem tətbiq edilməyə başlanılıb: 

“Sistemin metodiki və proqram təminatı DİM-in əməkdaşları tərəfindən hazırlanıb. Sistemdə yazı işlərinin yoxlanılması zamanı təhlükəsizliyin, effektivliyin, dəqiqliyin, keyfiyyətin, operativliyin təmin edilməsi məqsədilə bir çox tədbirlər görülüb. Pandemiya başlayanadək yoxlama prosesi DİM-də bu məqsədlə hazırlanmış, müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında aparılırdı. 2020-ci ildən isə yoxlama prosesi onlayn (məsafədən) formatda həyata keçirilir. Sistemdə indiyədək 27 milyondan çox yoxlama prosesi həyata keçirilib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiya Afrikaya mal tədarükünü kəskin şəkildə artırdı - 21,2 milyard dollar

İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər (VİDEO)

Xarici investorların Rusiyaya viza alması asanlaşdırılacaq

"Apple" "iPhone 17 Plus"ı sələflərindən daha kiçik edəcək

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Aİ-nin hələ də Rusiya qazına ehtiyacı var

"Microsoft" "Windows"un pirat istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq etdi

“Coca-Cola” “Coffee Aliance” MMC-ni məhkəməyə verdi

Yapon həkimlər "Google"u məhkəməyə verdi

Xaricdə nə qədər rusiyalı frilanserin çalışdığı məlum oldu

"Araş Estetik" məhkəməyə verildi

Avropa "Türk axını" ilə Rusiyadan rekord həcmdə qaz alıb

"Qala Group" cərimələnir

Çin xarici investisiyaları ölkədə saxlaya bilmir

Keçmiş işçisi “Pepsi” şirkətini məhkəməyə verdi

"Şahdağ Group"a protokol yazıldı

Ursula fon der Leyen AB pullarının ABŞ-a axmasından şikayətləndi

Şirkətlə “Ankara Məktəbi” arasında qalmaqal

Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru Klaus Müller mətbuata açıqlama verib: "Bakcell böyük dəyişikliklər astanasındadır!"

Forbes ən yoxsul 10 rus milyarderinin adını açıqladı

“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib - FƏRMAN

Bakı Türk Liseyinin 2024-cü il buraxılış uğuru

ARDNF-nin dövlət büdcəsinə transfertləri 2 dəfə artıb

MN-nin 9,3 milyonunu mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxundu

Xınalığa dolu düşüb - VİDEO

Gecikdirilmiş 35 min manatdan çox vəsait işçilərə ödənilib - RƏSMİ

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib

Neft Fondunun aktivləri 57 mlrd. dolları ötüb

Şoran torpaqlar əkin üçün yararlı hala salınacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin