Statistika
16.03.2021 / 18:30
Azərbaycan şəkər ixracını kəskin artırıb
9250
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 9 742,76 ton şəkər ixrac edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 92,4% çoxdur.
Dövlət Gömrük Komitəsinin hesabatı əsasında APA-nın apardığı hesablamalarına görə, 2021-ci ilin ilk iki ayında 4 874,78 min ABŞ dolları dəyərində şəkər ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,4 dəfəyədək çoxdur.
Cari ilin yanvar-fevral aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,17%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1,47%-ə bərabər olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay