"Boeing"in 11 milyardlıq zərəri - HESABAT
"Boeing" ("BA.N") şirkəti 2024-cü il üçün 11,83 milyard dollarlıq zərər açıqlayıb.
Valyuta.Az "Reuters"ə istinadla xəbər verir ki, bu, şirkətin 2020-ci ildən bəri ən böyük illik zərəridir. Bu itki, şirkətin kommersiya və müdafiə bölmələrindəki problemlər, habelə ABŞ-nin qərb sahillərindəki fabrik işçilərinin tətilinin təsirləri ilə mübarizə apardığı bir dövrdə baş verib.
Baş direktor Kelli Ortberqin (Dave Calhoun) rəhbərliyi altında "Boeing" rəqibi "Airbus" ("AIR.PA") ilə təhvil-təslim yarışında mövqeyini itirir və təhlükəsizliklə bağlı yaranmış problemlərdən sonra tənzimləyicilərin ciddi nəzarəti ilə qarşılaşır.
Şirkətin səhmləri bazar öncəsi ticarətdə 0,5% artıb. Bununla belə, şirkət rüb ərzində 4,1 milyard dollarlıq pul axını ilə üzləşib. Bu rəqəm analitiklərin gözlədiyi 4,26 milyard dollardan bir qədər aşağıdır (LSEG məlumatlarına əsasən).
Təyyarə istehsalı və yeni problemlər
Ortberq bildirib ki, istehsalat xətlərində sabitliyin bərpası üzrə mühüm addımlar atılsa da, IV rübdə 3,86 milyard dollarlıq zərər qeydə alınıb. Bu zərər bir neçə sabit qiymətli müdafiə proqramları ilə əlaqəli xərclərdən irəli gəlir.
Dekabr ayına qədər olan rüb ərzində gəlirlər 31% azalaraq 15,24 milyard dollara düşüb. Bu rəqəm də analitiklərin gözlədiyi 16,21 milyard dollardan aşağıdır. Rüblük tənzimlənmiş hər səhm üzrə zərər isə 5,90 dollar təşkil edib ki, bu da analitiklərin gözlədiyi 3 dollarlıq zərərlə müqayisədə xeyli çoxdur.
Müdafiə və kommersiya bölmələri arasında balans
"Boeing" müdafiə, kosmik və təhlükəsizlik bölməsində 2024-cü ildə 5,41 milyard dollar zərər edib. Bu, bir neçə sabit qiymətli inkişaf proqramlarındakı xərclərin artması ilə bağlıdır. Ortberq qeyd edib ki, şirkət artıq risklərin daha dəqiq təhlilini həyata keçirir və bu sahələrdə irəliləyiş əldə edilib.
Kommersiya təyyarələri bölməsi hazırda üç modelin sertifikatlaşdırılmasına fokuslanıb. "737-7" və "737-10" modellərinin buzlanmaya qarşı sistemləri ilə bağlı problemlər hələ də həllini tapmayıb. "Boeing" bu istiqamətdə sınaqlara davam etdiyini açıqlayıb.
Pandemiya və digər böhranlar "Boeing"i əlavə çətinliklərlə üz-üzə qoyub. Xüsusən, "737 MAX" təyyarələrinin iki ölümcül qəzasından sonra şirkətin təhlükəsizlik və istehsalat keyfiyyətinə dair narahatlıqlar artıb.
Ortberq şirkətin işlərini yaxşılaşdırmaq üçün dörd mərhələli plan təqdim edib. Bu plan çərçivəsində şirkətin mədəniyyətində və təhlükəsizlik strategiyalarında ciddi dəyişikliklər həyata keçiriləcək.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay