Statistika
28.01.2025 / 15:52
İstehlak bazarında xidmətlərin dəyəri 5 milyarddan çox artıb
63949
Ötən il istehlak bazarında satılmış malların və göstərilmiş xidmətlərin ümumi dəyəri 77 milyard 462,7 milyon manat olub.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 4,9% və ya 5 milyard 11,9 milyon manat çoxdur. 2023-cü ildə bu göstərici 72 milyard 450,8 milyon manat təşkil edib.
Qeyd edək ki, ötən il istehlak bazarında satılmış malların və ya göstərilmiş xidmətlərin ümumi dəyəri dövlət mülkiyyəti üzrə 7,6%, qeyri-dövlət mülkiyyəti üzrə 4,8% artıb.
Sərvanə Rəmixanova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay