Xaricə pambıq satışı idxalı 203 milyon dollar üstələyir - Gəlirlər artıb
Ötən il ərzində Azərbaycandan xarici ölkələrə 213 milyon 523 min ABŞ dolları dəyərində pambıq satılıb.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, satılan pambıq əvvəlki illə müqayisədə 49 milyon 563 min ABŞ dolları, yaxud da 30,2% çox olub. Belə ki, 2023-cü ildə Azərbaycanın pambıq ixracının dəyəri 163 milyon 960 min ABŞ dolları idi.
Ötən il Azərbaycana xaricdən 9 milyon 645 min ABŞ dolları dəyərində pambıq gətirilib ki, bu da illik müqayisədə 1 milyon 875 min ABŞ dolları və ya 24,1% artım deməkdir. 2023-cü ildə pambıq idxalının dəyəri 7 milyon 770 min ABŞ dolları təşkil etmişdi.
Hesablamalardan belə məlum olur ki, Azərbaycandan bu il xaricə satılan pambıq xaricdən alınan pambıqdan 22,1 dəfə və ya 203 milyon 878 min ABŞ dolları çox olub.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay