Avropanın 6.5 milyard avroluq oyuncaqları
Milad bayramının yaxınlaşması ilə hədiyyə alış-verişinə xüsusi diqqət ayıran Avropa ölkələri uşaqları sevindirmək üçün "oyuncaq" bazarını hərəkətə gətirməyə başlayıblar.
Valyuta.Az xəbər verir ki, oyuncaq alış-verişinə ciddi büdcə ayıran AB ölkələrinin 2023-cü il üzrə oyuncaq idxalı həcmi 6,5 milyard avro olaraq açıqlanıb.
AB-nin oyuncaq ticarətinə dair 2023-cü il məlumatları "Avropa Statistika İdarəsi" tərəfindən dərc edilib. Yeni il hazırlıqları davam edərkən canlanma yaşayan oyuncaq bazarına dair məlumatlar, AB-də ötən il də oyuncaq üçün böyük məbləğlər xərcləndiyini ortaya qoyub.
Ötən il 6,5 milyard avroluq oyuncaq idxal edən "AB" ölkələri ən çox alış-verişi Çinlə həyata keçiriblər. Çinlə 5,2 milyard avroluq oyuncaq alış-verişi edən AB-nin ən çox idxalat etdiyi digər ölkələr arasında ardıcıl olaraq 367 milyon avro ilə Vyetnam və 150 milyon avro ilə Böyük Britaniya yer alıb. Avropa Birliyində oyuncaq idxalının 18%-i Almaniya, 16%-i Fransa, 14%-i isə Niderland tərəfindən reallaşdırılıb.
İxracat göstəriciləri
AB ölkələri ötən il 2,3 milyard avroluq oyuncaq ixrac ediblər. AB-nin oyuncaq ixracında ilk yeri 30%-lik payla Böyük Britaniya tutub, onu 13%-lə İsveçrə və 10%-lə ABŞ izləyib. Ötən il AB-nin oyuncaq ixracının 29%-i Çexiya, 19%-i Almaniya və 8%-i Belçika tərəfindən reallaşdırılıb.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay