Statistika
03.12.2024 / 19:42
Azərbaycanın qızıl və gümüş istesalındakı son durum
60698
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 2 167,1 kq qızıl, 2703,2 kq gümüş istehsal edilib.
"Trend"in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, qızıl istehsalı 2023-cü ilin yanvar-oktyabr aylarının göstəricisindən 1,7% çox, gümüş istehsalı isə 20,3% az olub.
Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında ölkədə 2 131,2 ton qızıl, 3 390,2 ton gümüş istehsal olunub.
Ötən aylar ərzində Azərbaycanda mis konsentratının istehsalı isə 112 ton olub ki, bu da 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 94,7% azdır. Ötən ilin 10 ayında ölkədə 2 115,8 ton mis konsentratı istehsal olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay