Statistika
02.12.2024 / 17:36
Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ
60606
Azərbaycanda aylıq müavinət alanların təxminən yarısını əlillər təşkil edir.
Valyuta.az xəbər verir ki, 2024-cü ilin oktyabrın 1-də 448 min nəfər aylıq müavinət alıb. Onların 220 min nəfərə yaxını əlilliyə görə müavinət alanlardır.
Əlilliyə görə müavinətin orta aylıq məbləği 200 manat təşkil edir. Müavinət alan 18 yaşından yuxarı əlilliyi olan şəxslərin sayı 176,3 min nəfər, 18 yaşınadək əlilliyi müəyyən edilən şəxslərin sayı 43,25 min nəfərdir.
Əlilliklə bərabər, yaşa görə müavinət alanların da sayı çoxdur. Onların sayı 155 minə yaxındır. Yaşa görə müavinət alanlar ayda 220 manat alır.
Ümumilikdə, əlilliyə və yaşa görə müavinət alanların sayı 375 min nəfərdir.
©Sfera.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay