Ən çox və ən az pul bu rayonlarda xərclənir - TOP 5
Cari ilin yanvar-sentyabr aylarında iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi 42 milyard 700 milyon 431 min manat olub.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, pərakəndə ticarət dövriyyəsi son bir ildə 3,6 % artıb. Bu dövrdə ən çox pul Bakı şəhərində xərclənib. Belə ki, Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 24 milyard 949 milyon 79 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 % çoxdur.
2024-cü ilin yanvar-sentyabr aylarında üzrə pərakəndə ticarət dövriyyəsinin həcminin ən yüksək olduğu 5 rayon aşağıdakı cədvəldə göstərilib:
Pərakəndə ticarət dövriyyəsi (min manat) | Pərakəndə ticarət dövriyyəsi (min manat) |
Bakı şəhəri | 24 949 079 |
Sumqayıt şəhəri | 1 312 377 |
Gəncə şəhəri | 1 164 368 |
Abşeron rayonu | 1 105 646 |
Lənkəran rayonu | 582 433 |
Valyuta.az |
Bu ilin ilk 9 ayında ən az pul xərcləyən rayon isə Xocalı rayonu olub. Belə ki, bu rayonda pərakəndə ticarət dövriyyəsinin həcmi 222 min 500 manat olub.
2024-cü ilin yanvar-sentyabr aylarında üzrə pərakəndə ticarət dövriyyəsinin həcminin ən aşağı olduğu 5 rayon aşağıdakı cədvəldə göstərilib:
Pərakəndə ticarət dövriyyəsi (min manat) | Pərakəndə ticarət dövriyyəsi (min manat) |
Xocalı rayonu | 222,5 |
Ağdərə | 651,2 |
Kəlbəcər rayonu | 3 223,40 |
Xocavənd rayonu | 5 083,40 |
Xankəndi şəhəri | 5 894,30 |
Valyuta.az |
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay