Statistika
27.11.2024 / 12:05
Xaricə yod satışından gəlirimiz 4 milyon dollara yaxın azalıb - Rəqəmlər
60256
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici ölkələrə 135 min 440 ton miqdarında, 7 milyon 652 min 580 ABŞ dolları dəyərində yod satılıb.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 27 min 110 ton (16,7%), dəyər ifadəsi ilə 3 milyon 909 min 420 ABŞ dolları (33,8%) azdır.
Ötən ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə satılan yodun miqdarı 162 min 550 ton, dəyəri isə 11 milyon 562 min ABŞ dolları olub.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay