Statistika
23.11.2024 / 10:45
Ət, süd və yumurta istehsalı artıb - Yeni rəqəmlər
59983
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 491,4 min ton ət istehsal edilib.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz və ya 5,9 min ton çoxdur.
Bununla yanaşı, eyni dövrdə 1 880,3 min ton süd, 1 917,6 milyon ədəd yumurta, 14,8 min ton yun, 239,4 ton barama istehsal olunub. Ötən ilin müvafiq dövrünə nisbətən süd istehsalı 0,8 faiz, yumurta istehsalı 4,6 faiz artıb, yun istehsalı 2,1 faiz, barama istehsalı 32,9 faiz azalıb.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay