BAKU Azərbaycan
26.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8843
  • 1 Rusiya rublu
    0.0191
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2351
53312

Azərbaycanın ən böyük yol tikinti şirkətlərindən biri olan “AzVirt” MMC 2023-cü ili 7,52 milyon manat mənfəətlə başa vurub. 

Valyuta.az-ın hesablamasına görə, bu? əvvəlki illə nisbətən 16 % və ya 1,42 milyon manat azdır. Şirkət 2022-ci il üzrə 8,94 milyon manat xalis mənfəət açıqlamışdı. 
Ötən il “Azvirt” MMC-nin tikinti işlərindən gəlirləri 833,6 milyon manat (illik müqayisədə 45,5 % çox) təşkil edib. 764,8 milyon manat xərclər çıxıldıqdan sonra ümumi gəliri 68,7 milyon manata bərabər olub ki, bu da 2022-ci ilə nisbətən 17,6 % çoxdur. 

Şirkətin ümumi və inzibati xərclərində, maliyyə aktivləri üzrə kredit itkiləri və digər xərclərində kəskin artım olun əməliyyat gəlirlərinə mənfi təsir edib. 
Belə ki, “Azvirt”in əməliyyat gəlirləri 2022-ci ilə nisbətən ötən il 1 milyon manata yaxın azalaraq 24,56 milyon manata enib. 

31 dekabr 2023-cü il tarixinə “AzVirt” MMC-nin cəmi aktivləri 385,4 milyon manatdan 387,5 milyon manata, cəmi kapitalı 59,1 milyon manatdan 69,2 milyon manata yüksəlib, cəmi öhdəlikləri isə 326,3 milyon manatdan 318,4 milyon manata enib.  

Qeyd edək ki, “Azvirt” MMC-nin təsisçiləri Almaniyanın “Martin Beteiligungs GmbH & Co KG” (30 %), Walz GmbH & Co KG” (20 %), Lüksemburqun “Falcom Holding s.a.r.l” (25 %) şirkətləri və Elnur Əliyevdir (25 %). 
“AzVirt” MMC yol və hava limanı infrastruktur layihələri üzrə tam xidmət göstərən beynəlxalq şirkətdir.

Pünhan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Zəngəzur dəhlizi məsələsi İranla Rusiyanı qarşı-qarşıya qoyub

Elnur Məmmədliyə yeni vəzifə verildi

Azərbaycanda hansı bank 5 dəqiqəyə 50 min kredit verir?

Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu (FOTO)

Neftimiz cüzi ucuzlaşıb

Türkiyədə yeni qayda: 7 min lirədən yuxarı alış-verişlər...

Maaş 165 min manatdır, amma işçi tapılmır

Bu 3 ölkədə mənzillərin qiyməti kəskin ucuzlaşdı

"İntend" şirkəti məhkəmə qarşısında

Ukrayna Aliexpress və eBay-dan 150 avroya qədər olan bağlamalara vergi qoyacaq

“Formula 1” pilotlarının qazancı bilindi - FOTO

"Auto Azərbaycan" gömrük qaydalarını pozub

Benzin və dizel istehsalı artıb - CƏDVƏL

"ECOFOOD" cərimələndi

Yeni "ChatGPT o1" insan kimi düşünə və məntiqi problemləri həll edə bilir

"Volkswagen" yeni krossoveri üçün robot sürət qutusundan imtina etdi

Almaniya Rusiya neftinə alternativ tapıb

Qlobal mayninq bazarı konsolidasiyaya doğru irəliləyir

İcra hakimiyyətinin binaların təmiri ilə bağlı tenderi niyə ləğv edilib?

Çin PwC-ni 62 milyon dollar cərimələdi

Rusiyadan titan ixracına qoyulan məhdudiyyətlər Qərbə necə təsir edəcək?

"Günay Bank"la "Agro-Land-Az" areasında kredit qalmaqalı

Almaniyada hökumətlə müxalifət arasında miqrantlar böhranı

Bakıda altı məktəb əsaslı təmirlə bağlı köçürülüb

"Buta Təmizlik"lə "Azpride Group"un "podrat mübahisəsi"

Bakı metrosuna iki yeni qatar gətirilib

Əhalinin yeni sayı açıqlandı

Çin 70 ildən sonra ilk dəfə pensiya yaşını qaldıracaq

Yanğın təhlükəsizliyi qaydalarının pozan şirkət məhkəmə qarşısında

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin