Statistika
08.07.2024 / 14:28
Azərbaycan bu məhsulun xaricə satışından 100 milyon dollar gəlir əldə edib - 2 dəfəyə yaxın artıb
51335
Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrə 66 min 6 ton miqdarında 100 milyon 278 min ABŞ dolları dəyərində pambıq lifi satıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 38 min 886 ton (2,4 dəfə), dəyər ifadəsi ilə 49 milyon 837 min ABŞ dolları (98,8%) çoxdur. 2023-cü ilin ilk beş ayında Azərbaycan xaricə 27 min 120 ton miqdarında, 50 milyon 441 min ABŞ dolları dəyərində pambıq lifi satıb.
Qeyd edək ki, bu ilin ilk beş ayında ixrac olunan pambıq lifi ümumi ixracın 0,9 faizini, qeyri-neft məhsulları üzrə ixracın 7,95 faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay