Statistika
10.06.2024 / 12:52
Azərbaycanın Rusiyaya məhsul ixracında 20 milyon dollardan çox azalma – Rəqəmlər
49778
Bu ilin ilk dörd ayında Azərbaycan ilə Rusiya arasındakı ticarət dövriyyəsinin 1 milyard 387 milyon 220 min ABŞ dolları təşkil edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunun 325 milyon 478 min ABŞ dolları ixracın payına düşüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23 milyon 998 min ABŞ dolları və ya 6,8 faiz azdır. Ötən ilin yanvar-aprel aylarında Azərbaycan Rusiyaya 349 milyon 476 min ABŞ dolları dəyərində məhsul ixrac edib.
Qeyd edək ki, hesabat dövründə Rusiyaya olunan ixrac ümumi ixracın 3,98 faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay