Statistika
03.06.2024 / 17:45
Xaricə satdığımız neft bitumunun qiyməti 40 faizdən çox ucuzlaşıb – Rəqəmlərdə azalma
49387
Cari ilin ilk dörd ayında Azərbaycan xaricə 253 ton neft bitumu satıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 46 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 448 ton (63,9%), dəyər ifadəsi ilə 174 min ABŞ dolları (79%) azdır. Ötən ilin eyni dövründə xaricə satdığımız neft bitumunun miqdarı 701 ton, dəyəri isə 220 min ABŞ dolları olub.
Hesabat dövründə xaricə satılan neft bitumunun bir tonu üçün orta qiyməti 185 ABŞ dolları olub ki, bu da illik müqayisədə 129 ABŞ dolları və ya 41% ucuzdur. Ötən ilin yanvar-aprel aylarında xaricə satılan neft bitumunun bir tonu üçün orta qiyməti 314 ABŞ dolları olub.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay