Statistika
29.05.2024 / 16:24
Xaricə kartof satışımız azalıb – Qiyməti nə qədər ucuzlaşıb?
49035
Cari ilin ilk dörd ayında Azərbaycan xarici ölkələrə 6 min 815 ton miqdarında kartof satıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 2 milyon 518 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 962 ton (12,3%), dəyər ifadəsi ilə 957 min ABŞ dolları (27,5%) azdır.
Hesabat dövründə ixrac olunan kartofun bir kiloqramı üçün orta qiyməti 0,37 ABŞ dolları (63 qəpik) olub ki, bu da illik müqayisədə 0,07 ABŞ dolları (12 qəpik) ucuzdur. Ötən ilin eyni dövründə bu qiymət 0,44 ABŞ dolları (75 qəpik) olub.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında ixrac olunan kartof ümumi ixracın 0,03 faizini, qeyri-neft sektoru üzrə ixracın 0,27 faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay