Ölkəyə gətirilən yük avtomobillərinin qiyməti 5 min manata yaxın bahalaşıb
Cari ilin yanvar-aprel aylarında ölkəmizə 2 min 627 ədəd yük daşımaq üçün mühәrrikli nәqliyyat vasitәlәri gətirilib.
Valyuta.az xəbər verir ki, bu sayda nəqliyyat vasitələrinin dəyəri 46 milyon 319 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 566 ədəd (27,4%), dəyər ifadəsi ilə 15 milyon 944 min ABŞ dolları (52,5%) çoxdur. Ötən ilin eyni dövründə yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin sayı 2 min 61 ədəd, dəyəri isə 30 milyon 375 min ABŞ dolları olub.
Hesabat dövründə ölkəyə gətirilən bir ədəd yük daşımaq üçün mühərrikli nəqliyyat vasitəsinin orta qiyməti 17 min 632 ABŞ dolları (29 min 974 manat) olub ki, bu da illik müqayisədə 2 min 894 ABŞ dolları (4 min 920 manat) və ya 19,6% bahadır. Ötən ilin eyni dövründə bu qiymət 14 min 738 ABŞ dolları (25 min 54 manat) olub.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay