Statistika
02.05.2024 / 11:46
3 ayda ölkəmizdə 13 min tondan çox pendir və kəsmik istehsal olunub
47348
Cari ilin yanvar-mart aylarında Azərbaycanda 13 min 710 ton miqdarında pendir və kəsmik istehsal olunub.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 451 ton və ya 3,4% çoxdur. 2023-cü ilin eyni dövründə pendir və kəsmik istehsalının miqdarı 13 min 259 ton olub.
Bununla yanaşı, bu ilin birinci rübündə 2 min 755 ton miqdarında qaymaq və xama istehsal olunub ki, bu da, illik müqayisədə 681 ton, yaxud da 32,8% çoxdur. Ötən ilin yanvar-mart aylarında qaymaq və xama istehsalının miqdarı 2 min 74 ton olub.
Qeyd edək ki, 2024-cü ilin aprelin 1-i vəziyyətinə hazır pendir və kəsmik ehtiyatının miqdarı 22,6 tondur.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay