Statistika
01.05.2024 / 11:11
Üç ayda kolbasa istehsalı 400 tona yaxın artıb
47269
Cari ilin birinci rübündə ölkəmizdə 7 min 366 ton miqdarında kolbasa məmulatları istehsal edilib.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 371 ton və ya 5,3 faiz çoxdur. Ötən ilin eyni dövründə Azərbaycanın kolbasa məmulatları istehsalının miqdarı 6 min 995 ton olub.
2024-cü ilin aprelin 1-i vəziyyətinə hazır məhsul ehtiyatının miqdarı 54,7 ton təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay