Statistika
30.04.2024 / 12:23
Ölkəmizdəki iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalıb
47171
Cari ilin aprelin 1-i vəziyyətinə ölkədə 7 milyon 206 min baş qoyun və keçi var.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 154 min baş (2,1%) azdır. Bundan başqa, bu ilin aprelin1-i vəziyyətinə ölkədə 2 milyon 512 min baş iribuynuzlu mal-qara, o cümlədən, 1 milyon 238 min baş inək və camışlar var. Bu da, illik müqayisədə müvafiq olaraq 39 min baş (1,5%) və 15 min baş (1,2%) azdır.
Qeyd edək ki, iribuynuzlu mal-qaranın 49,3 faizini inək və camışlar təşkil edir.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay