Statistika
29.04.2024 / 11:20
Üç ayda xaricdən 100 milyon dollarlıq meyvə-tərəvəz almışıq
47085
Cari ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrdən 141 min 808 ton meyvə-tərəvəz alıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 99 min 275 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 13 min 521 ton (10,5%), dəyər ifadəsi ilə 16 milyon 170 min ABŞ dolları (19,4%) çoxdur. 2023-cü ilin ilk üç ayında Azərbaycan xaricdən 128 min 287 ton miqdarında, 83 milyon 105 min ABŞ dolları dəyərində meyvə-tərəvəz alıb.
Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycanın meyvə idaxlı ümumi idaxlın 2,67 faizini təşkil edib ki, bu da illik müqayisədə 0,61 faiz çoxdur.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay