Statistika
27.04.2024 / 09:20
BTC ilə daşınan neftin həcmi açıqlanıb
47010
Yanvar-mart aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neft 1,5 faiz artaraq 9 milyon 644 min ton təşkil edib.
Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, nəqletmənin 75,2 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-mart ayları ərzində bu kəmərlə neft nəqli 0,31 faiz artaraq 7 milyon 267,2 min ton olub.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 80,7 faizini və ya 5866,9 min tonunu Azərbaycanda hasil edilən neft, 19,3 faizini və ya 1400,3 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay