Azərbaycanda evlər əsasən neçə otaqlıdır? – STATİSTİKA
2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub.
Valyuta.az Sfera.az-a istinadən xəbər verir ki, rəsmi statistik məlumatlarda bildirilir ki, şəhər yerləri ilə müqayisədə kənd yerlərində bir sakinə düşən ümumi və yaşayış sahəsi daha böyükdür.
Kəndlərdə adambaşına ümumi sahə 22,5 kvadrat metr, yaşayış sahəsi 16 kvadrat metr olduğu halda, şəhərlərdə ümumi sahə 17,1 kvadrat metr, yaşayış sahəsi isə 12,4 kvadrat metr təşkil edib.
Statistik məlumatlara əsasən, əhalinin daha çox hissəsində bir sakinə 10-20 kvadrat metr ümumi sahə düşür. Bu qədər sahədə yaşayan sakinlər şəhər əhalisinin 50,6 faizini, kənd əhalisinin 42 faizini təşkil edib.
Yaşayış sahəsi üzrə isə 10-20 kvadrat metrlik sahədə şəhərlərdə əhalinin 47 faizi, kəndlərdə 43,3 faizi yaşayır.
Şəhərlərdə kəndlərdən fərqli olaraq kiçik sahədə yaşayan əhalinin sayı daha çoxdur. On kvadrat metrə qədər otaqlarda yaşayan sakinlər əhalinin şəhər yerlərində 40,5 faizini təşkil edib. Amma kəndlərdə bu nisbət 20,4 faizdir.
Ümumilikdə həm şəhər , həm də kənd yerlərində əhalinin daha çox hissəsi üçotaqlı mənzillərdə yaşayır. Üçotaqlı mənzillərdə yaşayan ailələr bütün ailələrin 41,2 faizini təşkil edib.
Dördotaqlı mənzillərdə ailələrin 26,2 faizi, ikiotaqlı mənzillərdə 17,5 faizi, beş və daha çox otağı olan mənzillərdə 12,6 faizi, təkotaqlı mənzillərdə isə 2,5 faizi məskunlaşıb.
Azərbaycan əhalisi fərdi yaşayış evlərində yaşamağı daha üstün tutur. Ailələrin 67 faizi fərdi evlərdə yaşayır. Bu nisbət şəhərlərdə 46 faiz, kəndlərdə 94 faizdir.
Şəhərlərdə əhalinin çox hissəsi (51,4 faiz) çoxmənzilli binalardakı ayrıca mənzillərdə yaşayır.
Azərbaycan əhalisinin 1 faizi yataqxanalarda, 0,6 faizi kommunal (sıxlaşdırılmış) mənzillərdə, 0,7 faizi isə fərdi yaşayış evinin bir hissəsində məskunlaşıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay